SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dövlət Xidmətinə yeni rəis müavini təyin edildi - ƏMR

Dövlət Xidmətinə yeni rəis müavini təyin edildi - ƏMR

Tarix:

12-11-2021, 09:20

/ 603 dəfə oxundu.
Dövlət Xidmətinə yeni rəis müavini təyin edildi - ƏMR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis müavini təyin edilib. Editor.az məlumatlı mənbələrə istinadən xəbər verir ki, Nağıyev Habil Sadıx oğlu Xidmətin yeni rəis müavini təyin edilib.

Qeyd edək ki, Habil Nağıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni transfer olunub. Buna qədər H.Nağıyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin rəisi vəzifəsində çalışıb. III dərəcəli dövlət miqrasiya xidməti müşaviridir.

Xatırladaq ki, bir neçə gün öncə general-mayor Şahvələd Əliyev Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsindən azad olunmuşdu.

Şərhlər

XƏBƏR LENTİ