SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olunub - VİDEO

Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olunub - VİDEO

Tarix:

7-11-2021, 10:40

/ 396 dəfə oxundu.
Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olunub - VİDEO

Zəfər Günü münasibətilə Xüsusi Təyinatlı Qüvvələrdə veteranlar və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ailələri ilə görüş keçirilib.

AzadMedia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Mərasim iştirakçıları hərbi hissənin ərazisində ucaldılmış ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.

Tədbirdə "Zəfər Günü" münasibəti ilə hazırlanan tort kəsilib, veteranlara və şəhid övladlarına müxtəlif hədiyyələr təqdim olunub.

Balacalara müasir atıcı silahlar nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Muğam ifaçısı Kənan Bayramov qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirib.
Sonda qonaqlar şəxsi heyətlə birgə çay süfrəsində söhbət ediblər.

 

Şərhlər

XƏBƏR LENTİ