SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kamil Musəvi: “Özümə təzə villa almışam. Operativ Qərargahın qərarları kimi...“ - Foto

Kamil Musəvi: “Özümə təzə villa almışam. Operativ Qərargahın qərarları kimi...“ - Foto

Tarix:

29-06-2021, 11:17

/ 1 619 dəfə oxundu.
Kamil Musəvi: “Özümə təzə villa almışam. Operativ Qərargahın qərarları kimi...“ - Foto

Cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvi paylaşımı ilə diqqət çəkib.
İstirahət üçün Qəbələyə üz tutan qazi sosial şəbəkə hesabında görüntülərini paylaşıb.
Belə ki, “tərs ev”in qarşısında şəkil çəkdirən Kamil fotoya “Özümə təzə villa almışam. Operativ Qərargahın qərarları kimi tərsinədir” - deyə şərh yazıb.
Qeyd edək ki, kəşfiyyat qrupunun komandiri vəzifəsini icra edən Kamil Musəvi 2015-ci il oktyabr ayının 12-də gecə saat 23:46-da Talışkənd istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman bir gözü və ayağından yaralanıb.  

Şərhlər

XƏBƏR LENTİ