SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Baş Prokuror Firad Əliyevə baş ədliyyə müşavirəsi rütbəsi VERDİ

Baş Prokuror Firad Əliyevə baş ədliyyə müşavirəsi rütbəsi VERDİ

Tarix:

25-06-2021, 19:15

/ 1 311 dəfə oxundu.
Baş Prokuror Firad Əliyevə baş ədliyyə müşavirəsi rütbəsi VERDİ

Respublika Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyevə baş ədliyyə müşaviri rütbəsi verilib.
İyunun 25-də Silahlı Qüvvələrin yaradılmasının 103-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda tədbir keçirilib. Tədbirdə prokurorluğun bir qrup əməkdaşı təltif edilib. Baş prokuror Kamran Əliyev Hərbi Prokurorun böyük köməkçisi Firad Əliyevə baş ədliyyə müşaviri rütbəsini təqdim edib.
Qeyd edək ki, Firad Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin həm bakalavr, həm magistr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib. 2005-ci ildən Prokurorluq orqanlarında xidmət edir.

Şərhlər

XƏBƏR LENTİ