SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Rafael Cəbrayılov Oqtay Əsədovla ev tikmək adı ilə məndən 200 min aldı" - Şərurlu İsfəndiyar

"Rafael Cəbrayılov Oqtay Əsədovla ev tikmək adı ilə məndən 200 min aldı" - Şərurlu İsfəndiyar

Tarix:

7-06-2021, 13:39

/ 717 dəfə oxundu.
"Rafael Cəbrayılov Oqtay Əsədovla ev tikmək adı ilə məndən 200 min aldı" - Şərurlu İsfəndiyar

"Şərur-İnşaat" tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işində adının zərərçəkmiş şəxslərin siyahısında olmasına münasibət bildirib.
Bununla bağlı “Report”a açıqlama verən İsfəndiyar Axundov deyib:
“Gəldi, 200 min pul götürdü. Dedi ki, deputatların köhnə rəisi, Milli Məclisin köhnə sədri Oqtay müəllimlə ev tikirəm və bir-iki aya verəcəm. Apardı, göstərdi və dedi Novxanı yolunun üstündə tikirik evi. Sonra da gəldi pulu aldı və getdi. Mən də borc verdim, qaytarmadı və sonra da başladı aldatmağa. Həmin borc hələ illər əvvəl, pulların ölmədiyi və diri olduğu vaxtda ( devalvasiyadan əvvəl - red) verildi, sadəcə 40 mini qaytardı, 160 min isə qaldı. O zaman hələ dollar qalxmamışdı".
Şərurlu İsfəndiyar R.Cəbrayılova inandığı üçün borc verdiyini bildirib:
"Vallah, nə bilim, inandım. Adam var borca milyon da verir. Verməsən də olmur axı... Baxırdın ki, qəşəng qalstuk, kostyum geyinib və savadlı adamdır. Özünü çox yaxşı, mədəni, tərbiyəli aparırdı. Kostyumu var, papağı var, deyirsən kişidir də, inandım verdim. Nə biləsən ki, bu, belə olacaq".
Milli Məclisin sabiq sədri, hazırda 45 saylı Abşeron seçki dairəsinin deputatı olan Oqtay Əsədovun köməkçisi Rauf İrzayev "Report"a bildirib ki, O.Əsədovun R.Cəbrayılovla birgə ev tikməsi barədə iddialar yanlışdır: “Deyilənlər cəfəngiyyatdır”.
Qeyd edək ki, sabiq deputat Rafael Cəbrayılov hazırda həbsdədir.

Şərhlər

XƏBƏR LENTİ