SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səmayə Məmmədova nazirlikdəki işindən ayrılıb?

Səmayə Məmmədova nazirlikdəki işindən ayrılıb?

Tarix:

24-05-2021, 18:23

/ 682 dəfə oxundu.
Səmayə Məmmədova nazirlikdəki işindən ayrılıb?

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın postundan ayrılması barədə məlumat yayılıb.
Bu barədə Tia.az saytı xəbər yayıb. Saytın məlumatına görə, Səmayə Məmmədova öz istəyi ilə tutduğu vəzifəsindən ayrılması ilə bağlı artıq ərizə də yazıb.
Qeyd edilib ki, o, məzuniyyət müddəti bitdikdən sonra işə qayıtmayacaq. O da bildirilib ki, xanım Məmmədova hətta birgə çalışdığı kollektivlə də sağollaşıb.
Qeyd edək ki, bir neçə gün bundan öncə Səmayə Məmmədova özünün "Facebook" səhifəsində rəsmi iş məzuniyyətində olması haqda elan vermişdi. 
Xatırladaq ki, Səmayə Məmmədova 14 ildir ki, AGİN-nin mətbuat xidmətinin rəhbəri kimi çalışır.

Şərhlər

XƏBƏR LENTİ