SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Büdcəmizi açıqlaya bilmərəm, dövlət sirridir” – Sumqayıtın idarə rəisi

"Büdcəmizi açıqlaya bilmərəm, dövlət sirridir” – Sumqayıtın idarə rəisi

Tarix:

23-06-2020, 10:52

/ 999 dəfə oxundu.
"Büdcəmizi açıqlaya bilmərəm, dövlət sirridir” – Sumqayıtın idarə rəisi

Hər il dövlət büdcəsindən müxtəlif təşkilatlara, o cümlədən də Gənclər və İdman Nazirliyinə müxtəlif məbləğlərdə vəsait ayrılır. Bu vəsait həm gənclər, həm də idman sahəsi üçün nəzərdə tutulur. Ölkə başçısı İlham Əliyev çıxışlarında büdcə xərclərinin məqsədyönlü və şəffaf olmasının vacibliyindən dəfələrlə söz açır, dürüstlük, dövlət nəzarəti və ictimai nəzarət kimi anlayışlara xüsusi önəm verir.

Görəsən Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinə dövlət tərəfindən nə qədər vəsait ayrılır, onların illik büdcəsi nə qədərdir?

Bu suala cavab tapmaq üçün Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətovla əlaqə saxladıq. İdarə rəisi sualımızı cavablandırmaqdan imtina etdi və fikrini belə əsaslandırdı: "İdarəyə büdcə dövlət tərəfindən - tabe olduğumuz Gənclər və İdman Nazirliyi tərəfindən ayrılır. Dövlət sirridir, açıqlaya bilmərəm.”

Hüquqşünas Ramil Süleymanov idarə rəisinin quruma ayrılan büdcəni açıqlamamasını və bunu "dövlət sirri” adlandırılması ilə bağlı səsləndirdiyi fikirləri əsassız sayır: "Dövlət sirri haqqında olan müvafiq qanunvericilikdə büdcədən ayrılan vəsaitlərlə bağlı hər hansı bir bənd yoxdur. Bu qurumların vəsaitləri vətəndaşların ödədikləri vergilərdən və digər vəsaitlərdən formalaşır. Dövlət büdcəsindən maliyyələşən hər bir qurum ona ayrılan vəsait barəsində vətəndaşlara, eləcə də media mənsublarına məlumat verməyə borcludur”.

Xeberle.com saytı olaraq 10 gün öncə Gənclər və İdman Nazirliyinə Sumqayıt şəhəri üzrə bir problemə aydınlıq gətirmək üçün sorğu göndərilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə də əlaqə saxlanılıb, mövzu barədə məlumat verilib və cavablandırılması xahiş edilib. Lakin sorğunun verilməsindan müəyyən müddət keçməsinə baxmayaraq, cavab verilmədiyi üçün təkrar əlaqə saxlanılıb və Səmayə xanım cavab verəcəklərini bildirib. Sorğunun göndərildiyi tarixin 10-cu günündə Səmayə xanım bizə qəribə bir cavab ünvanladı: –"Yazın ki, qarşı tərəf cavab vermir”.

Biz də olduğu kimi yazdıq...

Şərhlər

XƏBƏR LENTİ