SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Yeni Klinika"ya o rəhbər gətirilir - İDDİA

"Yeni Klinika"ya o rəhbər gətirilir - İDDİA

Tarix:

5-05-2021, 13:39

/ 651 dəfə oxundu.
"Yeni Klinika"ya o rəhbər gətirilir - İDDİA

"Yeni Klinika" tibb müəssisəsi bir aya yaxındır direktorsuz qalıb. Klinikanın direktoru Pərviz Abbasov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, koronaviruslu xəstələrin tibb müəssisəsinə yerləşdirilməsi müqabilində rüşvət almaqda ittiham olunur.

Musavat.com-a istinadən xəbər veririk ki, klinikanın direktoru vəzifəsinə hazırda Mərkəzi Neftçilər Xəstəxanasının direktoru olan Musa Abbasovun gətiriləcəyi gözlənilir.

Artıq Musa Abbasov bir neçə gündür "Yeni Klinika"ya baş çəkir. Təhvil-təslim prosesinin aparılması ilə bağlı məlumat var.

Bildirilir ki, yaxın günlərdə Musa Abbasovun direktor təyin olunması rəsmi olaraq açıqlanacaq.

Şərhlər

XƏBƏR LENTİ