SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Türkiyəli nazir Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib

Türkiyəli nazir Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib

Tarix:

1-05-2021, 10:11

/ 624 dəfə oxundu.
Türkiyəli nazir Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu azərbaycanlı həmkarı Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

Kasapoğlu şəxsi tvitter səhifəsində paylaşım edib.

"Azərbaycanın Gənclər və idman naziri, dostum Azad Rəhimovun vəfatını üzüntü ilə öyrəndim. Cənab Rəhimov ölkələrimiz arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verib. Dəyərli qardaşıma Allahdan rəhmət, ailəsinə səbr diləyirəm.Azərbaycanın və ölkəmizin başı sağ olsun".

Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Şərhlər

XƏBƏR LENTİ