SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Ən böyük balıqçılıq təsərrüfatı Alimpaşa Məmmədovun oğluna məxsusdur”

“Ən böyük balıqçılıq təsərrüfatı Alimpaşa Məmmədovun oğluna məxsusdur”

Tarix:

30-04-2021, 08:48

/ 736 dəfə oxundu.
“Ən böyük balıqçılıq təsərrüfatı Alimpaşa Məmmədovun oğluna məxsusdur”

Qafqazda ən böyük balıqçılıq təsərrüfatı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadəyə məxsusdur.
 
Pravda.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat verib.
 
C.Həsənli bildirib ki, müəssisə Şəmkir su anbarının sahilində 6 hektar sahəni əhatə edib: “Üç il əvvəl elan eləmişdilər ki, Şəmkir Balıq Zavodu hərrac yolu ilə satılıb. Satılmazdan öncə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ora 1.5 milyon manat dövlət krediti də ayrılmışdı. Demə hərracın müştərisi əvvəldən hazır imiş və onu Alimpaşa oğlunun adına özəlləşdirib. O zavod hazırda 43 milyon manat dəyərində qiymətləndirilir. Hansı ki, özəlləşdirilərkən ona 45 min 250 manat ilkin qiymət qoyulmuşdu”.

Şərhlər

XƏBƏR LENTİ