SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cavid Qurbanovun kadrı yerində narahatdır... - İDDİA

Cavid Qurbanovun kadrı yerində narahatdır... - İDDİA

Tarix:

30-04-2021, 08:24

/ 548 dəfə oxundu.
Cavid Qurbanovun kadrı yerində narahatdır... - İDDİA

Düz iki həftədən sonra 35 yaşlı Azər Qocayevin Kəlbəcər rayonuna icra başçısı təyin olunmasının 1 ili tamam olur.
Bəziləri deyə bilər ki, 1 il nə müddətdir ki, icra başçısından hesabat tələb edək. Qoy bir neçə il işləsin görək nə bacarır, nə bacarmır. Həm də cavandır, idarəetmə təcrübəsi yoxdur, qoy bir “razqon” götürsün, görək xalqa necə qulluq edir…
Əslində bütün bu deyilənlər boş mənasız söhbətlərdir.
Birincisi, bütün dünyada nəinki icra başçıları, hətta prezidentlər 100 gündən sonra xalqa hesabat verir. Çiynində böyük problemləri daşıyan dövlət başçısından söhbət gedir e, hansısa balaca icra başçısından yox.
Əgər dövlət başçıları 100 gündən sonra hesabat verirsə, Kəlbəcərin icra başçısını niyə 1 il, hətta 3-4 il gözləməliyik ?
1 ildir bu adam Kəlbəcərin icra başçısı təyin olunub. 1 ildə Qarabağ azad olunub, Kəlbəcər erməni işğalından qurtarıb.
İcra başçısı isə 1 ildə girib rahat kabinetində oturub 2 sərəncam verib: köməkçisini azad edib, təzə köməkçi götürüb özünə, bir də müavinini işdən azad edib.
İcra başçısının 1 ildə gördüyü işlər budur. Başqa iş görübsə, desin bilək.
Vallah ayıbdır e, sənə etimad göstəriblər, buyur işlə, çalış, etimadı doğrult də.
Digər tərəfdən, bəziləri deyir ki, hələ cavandır, qoy bir az təcrübə toplasın.
Cənablar !
100-150 min əhalisi olan rayonlar sizin üçün təcrübə sınaq məntəqəsi-zad deyil e.
Bu keçəl başda dəlləklik öyrənmək deyil, siz xalq ilə işləyirsiniz.
Azər Qocayev icra başçısı təyin olunanda cənab Prezident İlham Əliyev onu videoformatda qəbul edərkən bəzi icra başçılarının həbsi, korrupsiya ilə mübarizə tədbirlərinə dair çıxış etdi və təzə icra başçısına tapşırıqlarını verdi: “ Əhali ilə işləmək, insanların sosial problemlərinin həllinə çalışmaq, neqativ əməllərə yol verməmək lazımdır. Məmurlar səmimi, işgüzar və təmtəraqsız olmalıdır. Xalqla bir yerdə olun, xalqın problemləri ilə yaşayın və elə işləyin ki, vətəndaşlar da sizdən razı olsunlar, hakimiyyət də”.
Bir ildir cənab başçının işgüzarlığından xəbər yoxdur. Təmtəraq söhbətinə gələndə isə…Təzə icra başçısı təzə kabinetindən foto paylaşmaqdan başqa nəsə etmir.
İcra başçısı bu günədək Kəlbəcərə ayaq basmayıb. Ayaq basanları isə işdən qovur.
Bəli, Azər Qocayev bu yaxınlarda rayonun ərazi icra nümayəndələrindən birinin müavinini ( Çıraqkənd ) işdən azad edib ?
Niyə ? Ərazi icra nümayəndəsinin müavini polislərlə Kəlbəcərə gedib. Və buna görə, məhkəmənin qərarı ilə 200 manat cərimə olunub.
Artıq məhkəmə qərarını verib. Bəs Azər Qocayev niyə kiçik məmuru işdən azad edib ?
Azər Qocayev bu günədək bir şəhid ailəsinə baş çəkməyib.
Bir sözlə, Azər Qocayev Prezidentin etimadını doğrultmur.
//gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ