SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Ziraat Bank”ın rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi... - İTTİHAM

"Ziraat Bank”ın rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi... - İTTİHAM

Tarix:

8-04-2021, 17:49

/ 586 dəfə oxundu.
"Ziraat Bank”ın rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi... - İTTİHAM

Qardaş Türkiyə ilə bütün sahələrdə əlaqələrimizin genişlənməsi hər iki tərəfin xeyrinədir. Bu iqtisadiyyatın ciddi bir sahəsi olan bank sektoruna da aiddir.
Əlbəttə, ölkəmizdə 70 illik sovet dönəmində özəl banklardan danışmaq absurd olardı. Ancaq 1991-ci ildən, yəni müstəqillik dönəmindən başlayaraq ölkəmizdə həm də yerli özəl banklar, həm də xarici banklar fəaliyyətə başlayıb.
Belə banklardan biri də Ziraat Bankdır.
Təsəvvür edirsiniz, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan bölməsi 2014-cü ildə fəaliyyətə başlayıb.
Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyət göstərir.
Çox maraqlıdır ki, ölkəmizin bank sektorunda 2019-cu ildən başlayaraq geriləmə müşahidə olunur.
Digər tərəfdən bankla Türkiyə vətəndaşı və bəzi qurumlar arasında məhkəmə çəkişmələri də diqqəti cəlb edir.
Ən çox maraq cəlb edən bankın fəaliyyətindəki geriləmədir.
Görəsən səbəb nədir ?
Bankda nə baş verir ?
Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, bankın rəhbəri Avni Dəmirçi onu bu vəzifəyə gətirən FETÖ-ya olan simptiyasını artıq açıq-aşkar büruzə verir və bundan heç də narahat olmur. Bu isə iş adamları arasında birmənalı qarşılanmır. Hətta bank rəhbərinin Əkrəm İmamoğlunun İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçilməsini az qala toy-bayram etməsi də diqqətdən yayınmır.
Bir sözlə, “Ziraat Bank” rəhbərinin FETÖ sevgisi bankın fəaliyyətinə ciddi təsir edib.
Araşdırmadan o da bəlli olur ki, bankın rəhbəri Avni Dəmirçi Türkiyə səfirliyinin Azərbaycanda keçirdiyi rəsmi tədbirlərdə kənar qalmağa çalışır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

//gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ