SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nazirlik Rəmişin ölüm səbəbini AÇIQLADI

Nazirlik Rəmişin ölüm səbəbini AÇIQLADI

Tarix:

6-04-2021, 13:09

/ 630 dəfə oxundu.
Nazirlik Rəmişin ölüm səbəbini AÇIQLADI

Səhiyyə Nazirliyi ötən gün vəfat edən Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) ölüm səbəbini açıqlayıb. 
Nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sənətkar koronavirus infeksiyası səbəbindən dünyasını dəyişib: “Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənovun Səhiyyə Nazirliyinə verdiyi məlumata görə, qaraciyər və ağciyərlərinin xroniki xəstəliklərindən əziyyət çəkən Xalq artisti koronavirusdan dünyasını dəyişib”.
Xatırladaq ki, mərhumun xanımı Gülü Hüseynova bugünkü açıqlamasında öz və həyat yoldaşının koronavirusa yoluxmadığını açıqlamışdı. 

Şərhlər

XƏBƏR LENTİ