SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qəbirstanlıqda torpağa basdırılmış cadu tapıldı - Fotodakı xanım axtarılır

Qəbirstanlıqda torpağa basdırılmış cadu tapıldı - Fotodakı xanım axtarılır

Tarix:

16-03-2021, 11:57

/ 1 943 dəfə oxundu.
Qəbirstanlıqda torpağa basdırılmış cadu tapıldı - Fotodakı xanım axtarılır

Masallı rayonu ərazisində yerləşən qəbirstanlıqda qəribə olay baş verib.

Bu barədə Unikal.org-a sözügedən cadunu tapan Masallı rayon sakini Mais Məmmədov məlumat verib. O, bildirib ki, nənəsinin qəbirinin ətrafını təmizləyəndə torpağa basdırılmış cadu aşkar edilib:

"Öz yaşadığımız Digah kəndində olan qəbiristanlıqda qəbirin ətrafını təmizləyirdim. Qəbirin ətrafını belləyəndə torpağın içərisindən kağıza bükülü şəkil çıxdı. Fotonun üzərində müxtəlif yazılar var idi. Yazıları oxuya bilmədiyim üçün kəndin axunduna göstərdim. Dedi ki, fotodakı qeydlər güclü cadudur. Həmin xanıma pislik etmək üçün sehr ediblər. Əvvəl elə bildim ki, şəkildəki xanım müğənni Sevil, Sevinc bacılarından biridir. Amma kənd sakinləri dedilər ki, onlar deyil. Çünki müğənni bacılar əslən bizim kəndimizdəndilər. Kənddə fotodakı xanımı tanıyan olmadı. Düşünürəm ki, başqa yerdə yaşayan qadındır. İndi həmin xanımı axtarıam ki, ona cadu edildiyini bilsin. Fotonu da nənəmin qəbrinin yanında saxlamışam".

Şərhlər

XƏBƏR LENTİ