SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ramiz Mehdiyevin himayə etdiyi “AZSIĞORTA”da maxinasiya: - MƏHKƏMƏ ADI İLƏ ÖDƏNİŞLƏR VERİLMİR

Ramiz Mehdiyevin himayə etdiyi “AZSIĞORTA”da maxinasiya: - MƏHKƏMƏ ADI İLƏ ÖDƏNİŞLƏR VERİLMİR

Tarix:

13-03-2021, 20:46

/ 770 dəfə oxundu.
Ramiz Mehdiyevin himayə etdiyi “AZSIĞORTA”da maxinasiya: - MƏHKƏMƏ ADI İLƏ ÖDƏNİŞLƏR VERİLMİR

Bu günlərdə mətbuatda "AZSIĞORTA” ilə bağlı məlumat dərc edilmişdi. Yazıdan öncə və sonra şirkətə rəsmi sorğu göndərilsə də heç bir nəticə əldə edilməyib. 2 ay sonra şirkətdən Nazim adlı şəxs zəng edərək işin məhkəmədə olduğunu deyib. 8 dekabr 2020-ci ildə baş verən qəzadan 3 aydan artıq vaxt keçsə də zərərçəkənə vəsait ödənilməyib. "AZSIĞORTA” işin məhkəmədə olduğunu desə də, rəsmi sorğulara istinadən əldə etdiyimiz məlumat isə tam fərqlidir. Belə ki, nə zərərçəkən şəxs, nə də şirkət "AZSIĞORTA” tərəfindən məhkəməyə verilməyib. Zərərçəkən şəxs isə qısa zamanda məhkəməyə müraciət edəcəyini, 3 ay ərzində avtomobilsiz qaldığına görə çəkdiyini əlavə xərcləri də "AZSIĞORTA”dan tələb edəcəyini deyib. Digər mənbələrdən əldə etdiyimiz məlumata görə "AZSIĞORTA” Direktorlar Şurasının sədri Viladi Maniyev olsa da, əsas himayədarı Ramiz Mehdiyevdir. Buradan belə qənaətə gəlmək olar ki, "AZSIĞORTA” bilərəkdən və planlı şəkildə iş adamlarını və sahibkarları dövlətə qarşı qaldırmaq niyyətindədir./xebertop

Bundan öncə mətbuatda gedən məlumatı diqqətinizə çatdırırıq.

İlk öncə zərər barədə zərərçəkmiş sürücü AZ-MEP Group LLC-nin təsisçisi, tanınmış iş adamı, iqtisadi ekspert Çinarə Ağayeva məlumat verib.

Onun sözlərinə gör 08 dekabr 2020-ci il tarixdə baş vermiş qəzaya görə ödəniş hələ də verilməyib: "Rəhbərlik etdiyim şirkətin balansında olan Toyota RAV4 markalı avtomobili idarə edərkən 90 PR 864 markalı avtobillə qəza törədildi. Dəhal hadisə yerinə ekspertlər gəldi, bütün lazımi prosedurlar həyata keçirildi. Bu müddət ərzində məndən tələb olunan bütün sənədləri verdim. Daha sonra DYP-dən müvafiq arayış tələb olundu. Onu da zamanında təqdim etdim. Sığorta əməkdaşları arayışda düzəlişlərə ehtiyac olduğunu dedilər. Qısa zamanda onu da hazır edib, təqdim etdim. 2 aydan çoxdur avtomobilsizəm, AZSIĞORTA əməkdaşları da bu gün, sabah həll olunur deyirlər. Ancaq 2 aydan artıq vaxt keçib, normal söz deyən yoxdur. Bu sadəcə özbaşınalıq və məsuliyyətsizlikdir. Ora gedəndə gördüm ki, yüzlərlə sürücü də eyni problemlə qarşılaşıb. AZSIĞORTA-ya nəzarət edən qurumlar bunu görmürlər? Əlbətdə görürlər, sadəcə bu şirkətin rəhbərliyi "burada mən, Bağdadda kor xəlifə” prinsipi ilə işləyir. Prezident İlham Əliyev dönə-dönə vurğulayır ki, xidmət sahələri vətəndaşları incitməməli, sahibkarlara qarşı isə xüsusi diqqət göstərməlidirlər. Mən iş adamı kimi 2 aydır AZSIĞORTA-ya görə yollarda qalmışam. Məsələ ilə bağlı ölkə başçısına da yazacam, müvafiq qurumlara da şikayət edəcəm, sonda məhkəməyə verəcəm. Xalqın pulu ilə büdcə doldururlar, sonra onu bu formada oğurlayırlar. Bunlar düşünürlər ki, müştərini bezdirəndən sonra vəsaitdən imtina edəcəyik. Söhbət məbləğdən yox, cinayətdən gedir. Bəli bu maliyyə maxinasiyası, məsuliyyətsizlik və cinayətdir. Buna görə AZSIĞORTA rəhbərliyi cavab verməlidir.” //7news.az//
Ramiz Mehdiyevin himayə etdiyi “AZSIĞORTA”da maxinasiya: - MƏHKƏMƏ ADI İLƏ ÖDƏNİŞLƏR VERİLMİR





Şərhlər

XƏBƏR LENTİ