Gömrük monopolisti "Broker Əbülfəz”in oğlunun PAPA JOHN’S-u - FOTOLAR
"Trans Broker” MMC-nin keçmiş rəhbəri, hazırda Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının "Loqistika Mərkəzi”ni nəzarətində saxlayan Əbülfəz Məlikova məxsus restoranlar şəbəkəsi aşkarlanıb.
PAPA JOHN’S restoranlar şəbəkəsinin Azərbaycandakı lisenziyası Əbülfəz Məlikovun oğlu Murad Məlikova məxsusdur: "Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun oğlu Murad Məlikov Azərbaycandakı ən iri restoranlar şəbəkəsindən birinə sahiblik edir. Söhbət Amerikanın ən böyük və dünyanın üçüncü məşhur pizza brendlərindən olan PAPA JOHN’S PİZZA-nın Azərbaycandakı şəbəkəsindən gedir". Onun sözlərinə görə, Əbülfəz Məlikovun oğlu PAPA JOHN’S adı altında fəaliyyət lisenziyasını 2012-ci ildə əldə edib və indiyədək Bakı şəhərində bu brend altında 8 restoran açıb. Gömrük brokerinin oğlunun şəriki Kamran Əliyev adlı şəxsdir.
Murad Məlikov və Kamran Əliyevin təsisçiləri olduğu PJA Limited Azerbaijan şirkəti üzərindən idarə olunur. Həmin şəbəkə isə aşağıdakı ünvanlarda fəliyyət göstərir:
Nizami – Mirzağa Əliyev küç. 138
Sahil – Nizami küç. 106A
Gənclik – Atatürk pr. 29
Əcəmi – Cavadxan küç. 15c
Park Bulvar – Neftçilər pr. 92
Əhmədli – Məhəmməd Hadi küç 106
Şüvəlan – Almaz Ildırımlı küçəsi 6828
Mall – Azadliq prospekti 15A/4
Gundelik-baku.com





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?