XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » "AzinTelekom”un rəhbərliyi dəyişir - ƏMR

"AzinTelekom”un rəhbərliyi dəyişir - ƏMR

"AzinTelekom”un rəhbərliyi dəyişir - ƏMR
5-02-2021, 10:17

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzinTelekom” MMC-nin rəhbərliyində dəyişiklik olub.

“Report”un əldə etdiyi məlumata görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev əmr imzalayıb.

Nazirin əmrinə əsasən “AzinTelekom”un direktoru vəzifəsini icra edən Leyla Məmmədova, direktor müavini Ceyhun Əliyev və maliyyə departamentinin rəhbəri Tamam Cəfərova vəzifəsindən azad edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.