SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kamran Əliyev dünya çempionunun qardaşını prokuror təyin etdi

Kamran Əliyev dünya çempionunun qardaşını prokuror təyin etdi

Tarix:

29-01-2021, 15:46

/ 927 dəfə oxundu.
Kamran Əliyev dünya çempionunun qardaşını prokuror təyin etdi

Baş Prokuror Kamran Əliyev Ağsu rayonunun prokuroru Namiq Muradovu vəzifəsindən azad edib.

"Bakupost.az" xəbər verir ki, o, yaş senzi ilə əlaqədar təqaüdə göndərilib.

Kamran Əliyevin digər bir əmri ilə Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Rəşad Mansurov Ağsu Rayon prokuroru təyin edilib.

"Bakupost.az"-ın əldə etdiyi məlumata görə, Rəşad Mansurov Azərbaycan güləşçisi, yunan-roma güləşi üzrə 2004-cü il Yay Olimpiya oyunlarının qızıl medalçısı, Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurovun qardaşıdır.

Şərhlər

XƏBƏR LENTİ