SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kamran Əliyev məşhur prokuroru vəzifədən azad etdi

Kamran Əliyev məşhur prokuroru vəzifədən azad etdi

Tarix:

22-01-2021, 10:45

/ 702 dəfə oxundu.
Kamran Əliyev məşhur prokuroru vəzifədən azad etdi

Baş prokuror Kamran Əliyev kadr dəyişikliyi edib.

Onun imzaladığı əmrlə Abşeron Rayon prokuroru Rahib Seyidov 5 illik müddətin başa çatması ilə əlaqədar işdən azad edilib.

Həmin vəzifəyə Baş Prokurorluqda İstintaq idarəsinin rəis müavini Qabil Qasımov təyin edilib.

Rahib Seyidova isə Baş Prokurorluğun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirmə İdarəsinin prokuroru vəzifəsi həvalə edilib.

Qeyd edək ki, Rahib Seyidov prokurorluq orqanlarında tanınmış simadır. O, Abşerondan əvvəl Göygöl, İsmayıllı və Şəkidə prokuror vəzifəsində çalışıb.

Şərhlər

XƏBƏR LENTİ