SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Bu il Füzulidəki hava limanının uçuş-enmə zolağı istifadəyə verilməlidir" - Prezident İlham Əliyev

"Bu il Füzulidəki hava limanının uçuş-enmə zolağı istifadəyə verilməlidir" - Prezident İlham Əliyev

Tarix:

15-01-2021, 12:07

/ 840 dəfə oxundu.
"Bu il Füzulidəki hava limanının uçuş-enmə zolağı istifadəyə verilməlidir" - Prezident İlham Əliyev

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Prezident İlham Əliyevlə birlikdə işğaldan azad olunan Şuşa şəhərinə səfərləri ilə bağlı növbəti paylaşım edib.

Paylaşımda dövlət başçısı bildirib:

"Füzuli-Şuşa yolunun təməlini qoyduq. İndi isə yeni inşa ediləcək Füzuli hava limanının təməlini qoyacağıq və bu il hava limanı hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

Şərhlər

XƏBƏR LENTİ