SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan Ordusunun 5 generalı "Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi - ADLAR

Azərbaycan Ordusunun 5 generalı "Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi - ADLAR

Tarix:

29-12-2020, 16:18

/ 936 dəfə oxundu.
Azərbaycan Ordusunun 5 generalı "Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi - ADLAR

Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin daha 5 generalını təltif edib.

Bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

Sərəncama əsasən Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş general-leytenant Mirzəyev Hikmət İzzət oğlu, general-leytenant Vəliyev Kərim Tofiq oğlu , general-mayor Bərxudarov Mayis Şükür oğlu, general-mayor Rzayev Mübariz Balağa oğlu və general-mayor Sultanov Ağamir Əzizxan oğlu "Qubadlının azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Şərhlər

XƏBƏR LENTİ