XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Əkbər İsmayılova yeni böyük köməkçi təyin edildi - ƏMR

Əkbər İsmayılova yeni böyük köməkçi təyin edildi - ƏMR

Əkbər İsmayılova yeni böyük köməkçi təyin edildi - ƏMR
21-12-2020, 15:07

Bakı şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılova yeni böyük köməkçi təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Təşkilati İnspeksiya Bölməsinin rəisi, polis polkovnik-leytenantı Taleh Ağalı vəzifəsindən azad edilərək Bakı BPİ rəisinin Şəxsi heyətlə iş üzrə böyük köməkçisi təyin olunub.

Bakı polisi rəisinin əvvəlki böyük köməkçisi, polis polkovniki Əli Vəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, noyabrın 27-də Gəncə BPİ-nin rəisi, polis pokovniki Əkbər İsmayılov daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə vəzifəsindən azad edilərək Bakı BPİ-yə rəis təyin edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.