XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Anar Kərimov sabiq nazir komandasının köhnə üsullarına yenilik gətirə bilmədi

Anar Kərimov sabiq nazir komandasının köhnə üsullarına yenilik gətirə bilmədi

Anar Kərimov sabiq nazir komandasının köhnə üsullarına yenilik gətirə bilmədi
16-12-2020, 12:14

Əbülfəs Qarayevin Mədəniyyət naziri postundan acınacaqlı şəkildə kənarlaşdırılmasından sonra da əli korrupsiyaya bulaşmış komanda üzvlərinin bir çoxu bu gün də işinin başındadır.Bir-iki istisna olmaqla.Prezident İlham Əliyevin iyulun 20-də imzaladığı sərəncama əsasən, Anar Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilməsi və Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin ona verilməsi nəyi dəyişdi? Fəaliyyətə başladığı ilk günlərdə dövlət başçısının islahatlar kursuna uyğun olaraq Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi,müvafiq sahələr üzrə, xüsusilə regionlarda mədəniyyət işinin təşkili ilə bağlı islahatların zəruriliyini bildirən yeni nazir müavini bu gün köhnə qvardiyanın üzvləri ilə yeniliklər edə bilirmi?

Aktualinfo.org rəhbəri sabiq nazirin kadrlarından olan Xaçmaz Regional Mədəniyyət İdarəsinin keçirdiyi tender prosedurlarında yol verilmiş qanun pozuntuları ilə bağlı maraqlı məlumatlar əldə edib.Qeyd edək ki,nazirliyə tabeli regional idarələrin elə köhnə yollarla satınalma əməliyyatları keçirdiyi də məhz buradan bəlli olur.

Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən 15.12.2020-ci il tarixdə odun (taxta qırıntısı) yanacağının tədarükü üzrə keçirilmiş müsabiqidə “PARAMEKS AZ CONSTRAKSEN” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və 60000 manat məbləğində ssatınalma müqaviləsinin yaxınlarda bağlanacağı gözlənilir.Elə həmin tarixdə əsaslı təmir işlərinin satınalınması üzrə 217 302.25 manat dəyərində müsabiqəni “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti udub.Dəftərxana və təsərrüfat malları üzrə elan olunmuş tender müsabiqəsini isə “ROFLAND TC GRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti udub və 111 998 manat məbləğində müqavilə bağlanılacağı gözlənilir.İdarənin cari təmir işləri üzrə 15.12.2020-ci il tarixdə keçirdiyi sonuncu tender də “PARAMEKS AZ CONSTRAKSEN” Məhdud Məsuliyyətli Cəmiyyəti 74958.71 manat dəyərində dövlət sifarişi əldə edib

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PARAMEKS AZ CONSTRAKSEN” Məhdud Məsuliyyətli Cəmiyyəti 27.08.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, ZABRAT ŞTQ, 2-Cİ ZABRAT DAİRƏSİ, ev 133, m. 72, qanuni təmsilçisinin Həmidov Ədalət Ələskər oğlu olduğu qeyd olunub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ROFLAND TC GRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti 27.08.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, ZABRAT ŞTQ, 2-Cİ ZABRAT DAİRƏSİ, ev 133, m. 72, qanuni təmsilçisinin Həmidov Ədalət Ələskər oğlu olduğu qeyd olunub.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi MMC tender elanından cəmi iki ay dövlət qeydiyyatına alınıb.Həm də eyni gündə,eyni ünvanda və bir adamın adına.Qeyd edək ki,sözügedən MMC-lərin qanuni təmsilçisi Ədalət Həmidov Azərbaycan Respublikası CM-in 177.2.5 maddəsi ilə məhkum olunub.Onun məhkumluğunun götürülməsi barədə Xəzər rayon Məhkəməsinə etdiyi apellyasıya şikayətinin dəyişdirilmədən saxlanılması barədə elektron məhkəmə sistemində məlumat var.Təbii ki,bunları Xaçmaz Regional Mədəniyyət İdarəsinin tender Komissiyası bilməyə bilərdi.Amma iki ay əvvəl yaradılmış MMC-nin tender prosedurunda iştirakına necə yol veilib? Tender Komissiyası bunları ki,bilməliydi.

Bilməlilidirlər ki,müqaviləni yerinə yetirmək üçün iddiaçı tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar,mürəkkəblik dərəcəsinə uyğun olan ən azı üç iş üzrə təcrübəyə malik olmalıdır,ən azı 1 il təcrübəyə malik iş icraçısı olmalıdır,vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalıdır,iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı olmalıdır,iddiaçının müvafiq işlərin görülməsinə olan xüsusi icazə (lisenziya) sənədi olmalıdır,iddiaçının mülkiyyətində olan maşın, mexanizm və avadanlıqların növü və xüsusiyyətləri haqqında arayışı və qanunun tələb etdiyi sadalamadığımız bir çox sənədlərin zəruriliyi satınalma proseslərində ən vacib şərtlərdəndir.

Amma Xaçmaz Regional Mədəniyyət İdarəsi əvvəlki illərdə buraxdığı qanun pozuntularını bu gün də davam etdirir. Digər maşın və avadanlıqların satınalması,cari və əsaslı təmir işləri adı altında elan olumuş tenderdə işlərin harada, hansı kitabxanada,klubda,mədəniyyət evində,yaradıcılıq mərkəzində,musiqi məktəbində aparılması açıq göstərilmir. Bir çox hallarda isə korovka sorğusu üzrə bağlanılmış satınalma müqaviləsi barədə məlumat dövlət sanalmalarının rəsmi internet saytında yerləşdirilmədən həyata keçirilir.Görəsən bütün bunlardan bir gənc kadr olaraq Anar Kərimovun xəbəri olurmu?

Qeyd edək ki Xaçmaz Regional Mədəniyyət İdarəsi özündə beş rayonu birləşdirir və idarəyə 2002-ci ildən Nazim Ağayev rəhbərlik edir.Hələ 1991-1997-ci illərdə Xaçmaz rayon Sayad kəndli təsərrüfatında, Sayad kolxozunda rəhbər və sədr vəzifələrində işləmişdir. 1997-2002-ci illərdə Xaçmaz rayon İcra Hakimiyyətində I müavin vəzifəsində çalışmış Nazim Ağayev 2002-ci ildən 2017-ci ilə kimi Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri, 2017-ci ilin yanvar ayının 5-dən isə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon mədəniyyət idarələrini özündə birləşdirən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləyir.

Əmək fəaliyyətinə kolxozçu kimi başlamış Nazim Ağayevin əvvəl Xaçmaz rayon Mədəniyyətinə,sonra isə Regional Mədəniyyət idarəsinə rəhbərliyinin az qala 20 ili tamam olur. Məlumatlara görə vaxtı ilə kolxoz sədri işləmiş Nazim Ağayev bu müddət ərzində əvvəl rayonun,daha sonra isə regionun mədəniyyətini bir kolxoz təsərrüfatı kimi idarə edib. Mədəniyyət sahəsinə ayrılmış pulları müxtəlif yollarla mənimsəmsəməklə böyük var-dövlət sahibinə çevrilib.

Aktualinfo.org

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.