SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mədəniyyət nazirinin səlahiyyətləri Anar Kərimova tapşırıldı

Mədəniyyət nazirinin səlahiyyətləri Anar Kərimova tapşırıldı

Tarix:

20-07-2020, 23:08

/ 1 533 dəfə oxundu.
Mədəniyyət nazirinin səlahiyyətləri Anar Kərimova tapşırıldı

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə UNESCO-da Azərbaycan nümayəndəliyinin rəhbəri Anar Kərimov Mədəniyyət Nazirliyində birinci müavin vəzifəsinə təyin olunub.

Prezidentin digər bir sərəncamı ilə Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icrası da A.Kərimova həvalə olunub.

Prezident başqa bir sərəncamla Anar Kərimovu Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıb.

Qeyd edək ki, Mədəniyyət naziri Əbülfəs Qarayev 21 may 2020-ci ildə vəzifəsindən azad edilib.

Şərhlər

XƏBƏR LENTİ