XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » "Minera” Şirkətlər qrupunun “Zümrüd Residence” fırıldağı

"Minera” Şirkətlər qrupunun “Zümrüd Residence” fırıldağı

"Minera” Şirkətlər qrupunun “Zümrüd Residence” fırıldağı
16-12-2020, 10:00

"Minera” şirkətlər qrupunun “Zümrüd Residence” layihəsi barədə istər mətbuatda, istərsə də telekanallarda cürbəcür rəngarəng reklam roliklərinə çox tez-tez rast gəlirik. “Şəhərin mərkəzində 4 hektar ərazidə 7 binadan ibarət, konfortlu və lüks xidmətləri ilə möhtəşəm layihə. Bu özəl layihə şəhərin mərkəzində inşa edilmiş, tez bir zamanda sakinlərinə qovuşacaq.Özəl dizaynla hazırlanmış, 2-5 otaqlı 52 kv/m — 248 kv/m mənzillər mövcuddur. Yüksək keyfiyyətlə inşa edilmiş Zumrud Residence fərqli layihəsi ilə Bakı şəhərinə özəl görünüm qatacaq”… Yəni qısası, bağ belə bostan belə… Rezidens yox bir Dubay adaları…
Oxucularımıza məlumat üçün qeyd etmək istəyirik ki, bəli Nərimanov rayonunda Balaəmi Dadaşov, Koroğlu Rəhimov küçələrinin kəsişməsində Heydər Əliyev və Konqres mərkəzlərinə paralel şəkildə xarici görünüşcə nəfis şəkildə yaşayış massivi inşa olunmaqdadır. Bu layihəni əvvəlcədən “Cavid 2016” MTK başlasa da, sonradan “Minera” Şirkətlər qrupunun nəzarətinə keçib. O da həqiqətdir ki, çeşidli reklamlar nəticəsində bu yaşayış massivindəki mənzillər satılıb. Lakin artıq “Minera” Şirkət Qrupu həmin binalardan mənzil alanların mulkiyyətçi hüquqlarını ayaqlar altında tapdalayır. Belə ki, “Aktualxeber.az” saytının redaksiyasına müraciət edən “Zümrüd Residence”dəki mənzillərin sahibləri tikinti başa çatmamış onlara mənzillərə köşməyə məcbur edir. “Cavid 2016” MTK ilə bağlanmış müqaviləyə görə super təmirli mənzillərə görə pul ödəmiş insanlara heç bir kommunal xətləri çəkilməmiş, adi suvaqlı divarlardan ibarət mənzillərə köçürülməyə məcbur edilir. Əks halda mənzil sahibləri müqavilədə nəzərdə tutulan kirayə pulunun kəsiləcəyi ilə bağlı təhdid olunurlar. Binanın üst mərtəbələrində tikintinin getdiyi halda, aşağı mərtəbəyə sakinlərin yerləşdirilməsinə həm Nərimanov Rayon İcra Hakimiyyəti, Həm də Fövqaladə Hallar Hazirliyi göz yumur.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin bu qanunsuzluğa səssiz qalması başa düşüləndir. Çünki hələ ötən əsrin 90-cı illərində “Əlincə” Xeyriyyə Cəmiyyətində çalışarkən dostlaşdığı “Minera” Şirkətlər Qrupunun sahibi Xudu Rzayevlə şərikdirlər. Ona görə də, özünü cəmiyyətdə geniş əhatəli, və xeyriyyəçi kimi reklam etdirən Xudu Rzayev özünü Nərimanov rayonun əsl sahibi kimi aparır və bu cür qanunsuz əməllərə əl atır.
Bəs görəsən, Fövqaladə Hallar Nazirliyi bu qanunsuzluğa hansı əsaslarla göz yumur?
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Mövzunu nəzarətdə saxlayacağıq.
aktualxeber

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.