XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Həbs edilən icra başçısının kadrları eyni gündə ÖLDÜ

Həbs edilən icra başçısının kadrları eyni gündə ÖLDÜ

Həbs edilən icra başçısının kadrları eyni gündə ÖLDÜ
26-11-2020, 12:02

Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) sabiq baş memarı və icra başçısının sabiq köməkçisi eyni gündə vəfat edib.

Bu ilin sentyabr ayına qədər Biləsuvar RİH-in baş memarı vəzifəsində çalışan Yaşar Əzimov xəstəliyi ilə əlaqədar Rusiya Federasiyasında müalicə olunduğu xəstəxanada cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Eyni zamanda, Biləsuvar RİH başçısının keçmiş köməkçisi Pöhran Şahbazov koronavirus infeksiyası səbəbilə müalicə olunduğu Masallı Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Xatırladaq ki, Biləsuvar RİH-in sabiq başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.