SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məktəb direktoru əsgərimizə görün nə arzu etdi – “ƏCƏLİ TEZ GƏLSİN, AY ALLAH!!!”

Məktəb direktoru əsgərimizə görün nə arzu etdi – “ƏCƏLİ TEZ GƏLSİN, AY ALLAH!!!”

Tarix:

7-11-2020, 13:34

/ 2 091 dəfə oxundu.
Məktəb direktoru əsgərimizə görün nə arzu etdi – “ƏCƏLİ TEZ GƏLSİN, AY ALLAH!!!”

Son günlər şanlı ordumuzun nailiyyətlərindən və işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində çox böyük irəliləyişə nail olduğumuzu cənab Ali Baş Komandan İlham Əliyevdən eşitmək özü bir xoşbəxtçilikdir. Xalqın bütün qeyrətli və mərd oğulları Vətən müharibəsi başlayan gündən tarix yazır. Siyasi baxışlarından, əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşını düşündürən məhz qələbəmizdir. Əfsuslər olsun ki, uğurlarımız daxildə bəzi xainləri olduqca narahat edir. Dosye.org saytının elektron ünvanına daxil olan bir məlumat hər birimizi şoka saldı. Belə ki, döyüş bölgəsində qəhrəman topçu əsgərimiz Vüsal Şahkərimov haqda sosial şəbəkədə məqalə paylaşım edilib. Lakin məqalənin altında yazılan rəy hər birimizi hiddətləndirdi. Linkin altından məktəb direktorlarından biri, Mailə İsmayılova adlı şəxs "ECELİ TEZ GƏLSİN, AY ALLAH!!!” yazaraq böyük narazılıq yaradıb. Araşdırmalarımız zamanı məlum olmuşdur ki, Mailə İsmayılova Bakı şəhəri 102 saylı orta məktəbin direktorudur. Belə bir məqamda əsgərlərimizə arzuolunmaz rəylər ancaq erməni düşmənlərimiz tərəfindən oluna bilər. Bu təbii haldır. Amma məktəb direktorunun niyə düşməncəsinə rəy yazdığı hələ də məlum deyil. Çox istərdik ki, DTX və Təhsil Nazirliyinin rəsmiləri məsələni dərindən araşdırsınlar.
P.S. Arzu edirik ki, şanlı ordumuzun bütün əsgərlərinə gələcək bəlalar, daxildə vəzifə tutan xain məmurlara və onların övladlarına gəlsin.
Qarşı tərəfin mövqeyini dinləməyə çalışsaqda buna nail ola bilmədik.

dosye.org
Məktəb direktoru əsgərimizə görün nə arzu etdi – “ƏCƏLİ TEZ GƏLSİN, AY ALLAH!!!”

Şərhlər

XƏBƏR LENTİ