XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikalarının siyahısını yaydı – 250 tank...

Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikalarının siyahısını yaydı – 250 tank...

Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikalarının siyahısını yaydı – 250 tank...
7-10-2020, 12:20

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

- 250-dək tank və digər zirehli texnika;

- 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 60-dək hava hücumundan müdafiə vasitələri;

- 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 8 silah-sursat anbarı;

- 150-dək avtomobil texnikası;

- 1 ədəd “S-300” zenit-raket kompleksi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.