XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Baş redaktorun övladlarının faciəli ölümündən 9 il keçir

Baş redaktorun övladlarının faciəli ölümündən 9 il keçir

Baş redaktorun övladlarının faciəli ölümündən 9 il keçir
7-10-2020, 12:18

Vasif Turan 9 ildir davam edən istintaqın hələ də nəticə vermədiyini deyir

Tanınmış jurnalist, BÖLGƏ TV telekanalının və Bolgexeber.com saytının rəhbəri Vasif Turanın övladlarının faciəvi şəkildə dünyalarını dəyişməsindən 9 il keçir. Söhbət 8 il əvvəl, 7 oktyabr 2011-ci ildə Qobu qəsəbəsində baş verən dəhşətli yanğın hadisəsindən gedir. O yanğın ki, 9 yaşlı Rüfətlə, 11 yaşlı Əhməd yanaraq, tələf olmuşdular.

Baş redaktor deyir ki, Rüfətlə Əhməd o qədər uşaq deyildilər ki, yanğın baş verdiyi halda evdən çıxa bilməsinlər. Üstəlik, Əhməd taekovando ilə məşğul olurmuş və onun pəncərədən aşaraq evdən çıxa bilməsi mümkünsüz görünür. “Evin qısa müddətdə yanması, uşaqların evdən çıxa bilməməsi, evin qapısının arxadan bağlı olması, ondan əvvəl təhdid olunmağım və digər hallar yekunda o qənaətə gəlməyimə səbəb oldu ki, bu mənə və övladlarıma qarşı törədilmiş terrordur. Tam əminliklə deyirəm ki, evimi qəsədən yandırıblar. Bunu istintaq dönəmində də israrla bildirmişəm. Bu gün də həmin qənaətdəyəm”.

İstintaqın nəticəsindən narazı qalan baş redaktor baş prokurora müraciət edib

Bildirək ki, baş vermiş ağır faciə ilə bağlı cinayət işi açılmış, lakin ötən bu illər ərzində hadisənin başvermə səbəbləri hələ də naməlum qalmaqdadır. Bu günlərdə isə məlum olub ki, sən demə, cinayət işinə hələ 2012-ci ilin avqustundan xitam verilib və bununla da 2 körpənin ölümünə səbəb olmuş ağır cinayət hadisəsilə bağlı işin istintaqı yekunlaşmışdır.
Baş verənlərlə bağlı açıqlama verən Vasif Turan cinayət işinə gizli şəkildə xitam verilməsilə barışmayacağını bildirib.
Baş redaktor bu hüquqi nonsenslə bağlı bütün müvafiq orqanlara müraciət edəcəyini və məsələnin yenidən obyektiv şəkildə araşdırılmasına çalışacağını bildirib. Bununla bağlı prokurorluğa müraciət ünvanladığını bildirən jurnalist məsələnin ədalətli həllinə hələ də ümidvar olduğunu bildirib.
Sonda bildirək ki, jurnalistin evinin yandırılması və nəticədə 2 azyaşlı övladının yanaraq ölməsi ilə bağlı məsələ diqqətimizdədir və mövzuya yenidən qayıdacağıq.
Baş redaktorun övladlarının faciəli ölümündən 9 il keçir

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.