SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 27 ildən sonra öz həyətində

27 ildən sonra öz həyətində

Tarix:

7-10-2020, 11:34

/ 1 798 dəfə oxundu.
27 ildən sonra öz həyətində

Qarabağ cəbhəsinin Cəbrayıl rayonu istiqamətində uğurlu əks-hücum əməliyyatları gerçəkləşdirən rəşadətli Azərbaycan Ordusu irəliləməkdədir.

Cəbrayıl rayonunun iki gün öncə işğaldan azad edilmiş Horovlu kəndində çəkilmiş bir fotoşəkil oktyabrın 7-nə keçən gecə sosial şəbəkələrin trendinə çevrilib.

Şəkildə Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl rayonundan olan mayoru Camal Qəmbərov əks olunub. O, 7 yaşında tərk etmək məcburiyyətində qaldığı doğma Horovlu kəndindəki həyətlərində şəkil çəkdirib.

Düz 27 ildən sonra yenə həmin həyət, həmin bağ... Camal Qəmbərovun hisslərini onun çöhrəsindən oxumaq olur, daha əlavə şərhə ehtiyac yoxdur.
27 ildən sonra öz həyətində

Şərhlər

XƏBƏR LENTİ