SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Keçmiş səfirlə AzTV-nin sabiq əməkdaşını ermənilərə nə bağlayır? - İTTİHAM

Keçmiş səfirlə AzTV-nin sabiq əməkdaşını ermənilərə nə bağlayır? - İTTİHAM

Tarix:

27-08-2020, 13:47

/ 1 345 dəfə oxundu.
Keçmiş səfirlə AzTV-nin sabiq əməkdaşını ermənilərə nə bağlayır? - İTTİHAM

Bir müddət əvvəl ölkə mətbuatında Azərbaycanın Ukraynadakı səfirliyində qeyri-rəsmi olaraq çalışan, diplomatik korpusa hər hansı aidiyyati olmayan şəxslərlə bağlı diqqətçəkən məqalələr dərc olunurdu.

Azər Xudiyevin səfir olduğu dönəmlərə aid olan bu yazılarda əsasən Zülfiyyə Şerbakova və səfirlikdə yaşadığı bildirilən Olqa adlı xanımdan və Xəyyam Həqiqətoğlu adlı şəxsdən bəhs olunurdu.

Qeyd olunurdu ki, özünü səfirliyin mətbuat katibi kimi təqdim edən, bütün rəsmi tədbirlərə səfirlə birgə qatılan X.Həqiqətoğlu əslində diplomatik missiyada heç bir rəsmi görəv daşımır və səfirliyin əməkdaşları sırasında onun adı yoxdur. İşə hansı əsaslarla cəlb olunduğu isə heç kəsə məlum deyil.

X.Həqiqətoğlu haqqında ölkə mətbuatına yayınlanmış materiallarda qeyd olunur ki, o, rəsmi statusu olmadığı halda səfriliyin əsas “işçilərindən” biri olub və sabiq səfir A.Xudiyevin ən yaxın adamlarından hesab olunur. Ukrayndakı soydaşlarımız onu A.Xudiyevin köməkçisi kimi tanıyırlar.

Hətta səfirin qəbuluna düşməyə qədər bir çox məsələləri məhz X.Həqiqətoğlu həll edib. Məlumatlara görə, soydaşlarımızın səfriliyə yaxın düşə bilməməsinin əsas səbəbkarlarından biri də məhz o olub. A.Xudiyev səfir olduğu vaxtlarda X.Həqiqətoğlu Facebook-da 3 səhifənin admini kimi də fəaliyyət göstərib – Azərbaycanın Ukraynadakı Səfirliyi (Embassy of the Republic of Azerbaijan in Ukraine», ), Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresi UABK (Объединенный Конгресс Азербайджанцев Украины – ОКАУ) və AzTV-Ukrayna(AzTv-Ukraine). Ukraynadakı soydaşlarımız X.Həqiqətoğlunu həm də AzTV-nin bu ölkədə nümayəndəsi olmuş, fəaliyyəti yeni dövrün tələblərinə cavab vermədiyindən işdən qovulmuş Möhsüm Aslanovun yaxın dostu kimi də tanıyırlar.
Məlumatlara görə, Həqiqətoğlunun səfirliyimizə ayaq açmasında M.Aslanovun da böyük rolu olub. Hazırda hər üç şəxs – A.Xudiyev, M.Aslanov və X.Həqiqətoğlu Kiyevdədirlər və bu gün də isti dostluq münasibətlərini davam etdirirlər. Sabiq səfirin işdən çıxarılmasına baxmayaraq hansı səbəbədən Kiyevə qayıtması, AzTV-nin sabiq əməkdaşı M.Aslanovun niyə ölkəyə dönməməsi ayrıca bir mövzudur və bu barədə növbəti yazılarımızda ətraflı bəhs edəcəyik. Məlumatlara görə, M.Aslanov indi də Ukraynadakı Azərbaycan Ticarət Evində çalışır. X.Həqiqətoğlunun da Ticarət Evi ilə hansısa bağlılığı olduğunu deyən mənbələr, adıçəkilən şəxslərin hazırda sabiq səfirin də iştirakı ilə Ticarət Evində toplantılar təşkil etdiklərini bildirirlər.

Hətta iddia olunur ki, Ticarət Evi hazırda öz funksiyalarından uzaqlaşaraq diaspor fəalları və Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbərliyi barədə dezinformasiyaların hazırlandığı məkana çevrilib.

Məlumata görə, burada təkcə dispor fəallarına qarşı deyil, həm də Azərbaycanın Ukraynadakı hazırkı səfiri Elmira Axundovaya da qarşı planlar qurulur. Məsələn, belə söhbətlər gəzir ki, səfir Elmira Axundova barəsində kompomat materialların həm Ukrayna, həm də Azərbaycan mətbuatına ötürülməsini də məhz “vurulmuşlar qrupu” təşkil edir… Bütün bu məqamlara növbəti yazılarımızda aydınlıq gətirməyə çalışacağıq.

X.Həqiqətoğlunun kimliyinə diqqət ayırmağımız təsadüfi deyil. Onun fəaliyyətini araşdırarkən daha böyük təəccüb və təəssüf doğuran məqamlara rast gəldik. Əlimizə onun bir neçə fotosu keçdi və şəkildəkilərin kim olduğunu dəqiqləşdirərkən, “ermənilərdi” cavabını aldıq. Əlimizdəki şəkillər Nikolayev şəhərində keçirilmiş tədbirlərin birində çəkilib. Diqqətlə baxın, X.Həqiqətoğlu erməni gənclər təşkilatının fəalları (Birinin adı Artur Baqdasaryandır – red) və erməni rəqs ansamblının üzvləri ilə birgə fotokamera qarşısına keçib. Fotolardan da görünür ki, poz verənlər arasında kifayət qədər isti və səmimi münasibət var.
Əlbəttə, ermənilərin də iştirak etdiyi hansısa tədbirə qatılmaq mümkündür. Amma ermənilərlə isti bir ortamda şəkil çəkdirib, birgə keçirilən dəqiqələri xatirələşdirmək, bax, bunu anlamaqda çətinlik çəkirik. Niyə? Hansı zərurətdən? Bir Azərbaycanlı erməni ilə çiyin-çiyinə dayanıb niyə şəkil çəkdirsin ki? Bir azərbaycanlının erməni ilə qolboyun olması hansı ehtiyacdan irəli gələ bilər axı?.. Azər Xudiyev və Möhsün Aslanov öz adamlarını ermənilərin tədbirinə hansı məqsədlə göndəriblər? Həmin tədbirlərdə hansı söhbətlər aparılıb? “AzTV Ukraina” səhifəsini idarə etmiş, səfirliyimizdə qeyri-rəsmi görəv daşımız bir şəxsin ermənilərin tədbirində düşmənlərimizlə qolboyun olmasının arxasında hansı gizli mətləblər dayanır?

A.Xudiyev və M.Aslanovun yaxın adamının ermənilərin rəqs ansamblının üzvləri ilə bir sırada dayanıb, sıcaq münasibətlər təsiri bağışlayan pozlar verməsi ilə A.Xudiyevin Ukraynadakı soydaşlarımız barədə bu ölkənin erməni əsilli daxili işlər naziri Arsen Avakova şikayətlər göndərməsi arasında hansı əlaqələr var? Suallar çoxdur və yaxşı olar ki, onlara A.Xudiyevlə M.Aslanov cavab versinlər.

X.Həqiqətoğlunun Azərbaycan Ticarət Evində “Madei in Azerbaijan” brendinin təbliğat işinə cəlb olunması barədə iddialara isə ticarət evinin rəhbərliyi aydınlıq gətirməlidir.

Ermənilərlə hansısa əlaqəsi olan, mehriban münasibətlərin olduğuna açıq işarət edən fotolar şəkdirən bir adamın “Made in Azerbaijan” brendinin təbliğat işinə hansı töhfəsi ola bilər?

Söhbət “Ararat” konyakından getsəydi, əməkdaşlığa cəlbolunmanı haradasa başa düşmək olardı… Ticarət Evinin yaman günlü Facebook səhifəsindəki fotolardan da görünür ki, X.Həqiqətoğlu Daşqın Əhmədovun əsas əməkdaşlarından biridir…
Keçmiş səfirlə AzTV-nin sabiq əməkdaşını ermənilərə nə bağlayır? - İTTİHAM




Şərhlər

XƏBƏR LENTİ