SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Daşqın Gülməmmədov: “Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin xarici kəşfiyyata işləməsi barədə ciddi şübhələr var”

Daşqın Gülməmmədov: “Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin xarici kəşfiyyata işləməsi barədə ciddi şübhələr var”

Tarix:

28-02-2020, 01:51

/ 1 668 dəfə oxundu.
Daşqın Gülməmmədov: “Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin xarici kəşfiyyata işləməsi barədə ciddi şübhələr var”

Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Azər Xudiyevin xarici kəşfiyyata işləməsi barədə ciddi şübhələr var.

Ovqat.com xəbər verir ki, bu iddianı Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov irəli sürür.

Daşqın bəy saytımıza ünvanladığı məktubda səfirin hara işləməsi və necə əməkdaşlığa cəlb edildiyi barədə konkret iddialar irəli sürsə də, biz Azər Xudiyevin şəxsiyyət hüququnu və dövlətlərarası münasibətləri nəzərə alıb məktubun mətnini tam dərc etməmək qərarına gəldik. Müvafiq dövlət qurumları istəsələr, məktubu onlara təqdim edə bilərik.

Daşqın Gülməmmədovun fikrincə, Azər Xudiyev dərhal geri çağrılmalı və barəsində Azərbaycan Respublikası Prokuroluğu və əks-kəşfiyyat orqanları tərəfindən dərin araşdırma aparılmalıdır. “Mən açıq qeyd edirəm, səfir Azər Xudiyevin üçüncü dövlətin xüsusi xidmət orqanlarına işləməsi ehtimalı çox böyükdür. O, Bakıya çağrılıb “yalan detektoru” vasitəsiylə dindirilməlidir. “Yalan dedektoru” ilə dindirilsə, həm Azər Xudiyev, həm də onun Bakıdakı havadarlarının nə işlərlə məşğul olduqları aydın olacaq. İnsanları, müstəntiqləri aldatmaq və ya ələ almaq olar, ancaq “yalan detektorunu” aldatmaq olmur.

Səfir Azər Xudyevin daşıdığı vəzifə səlahiyyətlərini, diplomatik toxunulmamazlığını şəxsi məqsədləri, həmçinin böyük ehtimalla üçüncü dövlətin xüsusi xidmət orqanlarının maraqlarının təmin olunması üçün istifadə etməsi ilə bağlı informasiyaları çox ciddi qaynaqlardan əldə etmişəm.

Azər Xudiyev açıq-aşkar, Ukraynadakı Azərbaycan diasporasının bəzi nümayəndələri ilə düşmənçilik aparmaqda, Azərbaycan diasporasının fəaliyyətinə zərbə vurmaqda, Azərbaycanın Respublikasının səfiri adına ləkə gətirən ... (korrektə ehtiyacı hiss etdik-Ovqat.com) davranış nümayiş etdirməkdədir”.

Daşqın Gülməmmədov məktubunda onu da vurğulayıb ki, bu gün Azərbaycan dövlət rəhbrliyinə, həmçinin aydiyyatı dövlət qurumlarına rəsmi məktub göndərib: “Vəziyyət fəlakətli nöqtəyə gəlib. Ukrayna əks-kəşfiyyat qurumlarının da Azər Xudiyevə sualları ortaya çıxa bilər. Diplomatik skandal heç kimə lazım deyil”.

Səfir Azər Xudiyevin də cavab haqqı var və biz onun mövqeyini də işıqlandırmağa hazırıq.

Ovqat.com
Daşqın Gülməmmədov: “Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin xarici kəşfiyyata işləməsi barədə ciddi şübhələr var”

Şərhlər

XƏBƏR LENTİ