XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Karantin dövründə toy edən oliqarxlar... - Qanun ancaq kasıblar üçündür?

Karantin dövründə toy edən oliqarxlar... - Qanun ancaq kasıblar üçündür?

Karantin dövründə toy edən oliqarxlar... - Qanun ancaq kasıblar üçündür?
20-08-2020, 18:44

Bildiyimiz kimi ölkədə hökm sürən karantin rejimi ilə əlaqədar təntənəli toy mərasimləri keçirmək qadağan olunub. Amma, görünür bu "qayda"nı əzib keçən,öz toy-büsatından geri qalmayanlar da az deyil.

Araşdırmaçı jurnalist Həbib Müntəzir mövzuya toxunub. Karantin dövründə toy edən məmurların adlarını açıqlayıb:

"Lənkəran icrabaşı Taleh Qaraşovun öz obyekti olan Deniz Restoranında hər gün 3-5 min manat qarşılığında toylar təşkil edilir.

Müdafiə Sənayesi naziri Mədət Quliyevin oğlu Ada Restoranında toyda iştirak edir.

Ramiz Mehdiyevin nəvəsinə, sabiq deputat İlham Əliyev qızı Fidan Əliyevaya Novxanıda bağ evində toy edir.

Sabiq deputat Hadı Rəcəbli Paşayevlərə məxsus “Sea Breeze” restoranında bu gün oğluna toy mərasimi keçirir.

Karantin, onun qadağaları elə yetim-yesir üçündür, polis basır, minlərlə cəza kəsir, video yayımlayıb, rüsvay edirlər. Bu birilərə isə "gözün üstə qaşın var" deyən yoxdur, ədalətinə toy tutduqlarım...

Baxın və görün ki, əsl lotu kimdir'.

Pia.az
Karantin dövründə toy edən oliqarxlar... - Qanun ancaq kasıblar üçündür?

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.