XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Şok: Hadı Rəcəbli bu gün oğluna toy edir — 150 qonaqla...

Şok: Hadı Rəcəbli bu gün oğluna toy edir — 150 qonaqla...

Şok: Hadı Rəcəbli bu gün oğluna toy edir — 150 qonaqla...
20-08-2020, 15:12

Sabiq millət vəkili Hadı Rəcəbli bu gün oğluna toy mərasimi keçirəcək.

Bu barədə Axar.az-a məlumat verən mənbənin sözlərinə görə, toy “Sea Breeze” restoranında təşkil ediləcək.

Sabiq millət vəkilinin mərasimə 150 nəfər qonaq dəvət etdiyi, toyun kifayət qədər təntənəli keçiriləcəyi də qeyd edilir.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy mərasimlərinin keçirilməsini qadağan edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.