SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ədliyyə Nazirliyinin “toxunulmazlıq”statusu alan yüksək rütbəli məmuru kimdir?

Ədliyyə Nazirliyinin “toxunulmazlıq”statusu alan yüksək rütbəli məmuru kimdir?

Tarix:

20-08-2020, 01:27

/ 1 758 dəfə oxundu.
Ədliyyə Nazirliyinin “toxunulmazlıq”statusu alan yüksək rütbəli məmuru kimdir?

Ədliyyə Nazirliyinin "toxunulmazlıq”statusu alan yüksək rütbəli məmuru kimdir?

"16 nəfər ədliyyə işçisi xüsusi karantin rejimi tələblərini pozduqlarına görə cəzalandırılıb”

Bunu xəbər agentliklərinin birinə müsahibəsində Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Aynur Sabitova deyib.
Qanunun aliliyini qoruyan Nazirliyin 16 nəfər əməkdaşının cəzalandığını bildirən bu xanımın özü haqda isə redaksiyamıza ard-arda maraqlı məlumatlar daxil olmaqdadır. Əldə etdiyiniz məlumata görə qanunların nizamlanmasına, həyata keçməsinə nəzarət edən qurumun mətbuatı xidməti rəhbəri olan xanım özünün qanunlara əməl etməklə heç də arası yoxdur.
Belə ki, pandemiyanın tüğyan etdiyi May ayında adı çəkilən xanım Bakı bağlarının birində özünə təmtəraqlı doğum günü keçirib. Doğum günü şənliyi May ayının 28-i keçirilib. Gec məlumat əldə etdiyimiz üçün gec də olsa Aynur xanımı təbrik edirik yaşı 35 dən yuxarı olan bir çox xanımda olduğu kimi onu da ruhunu daim 18 yaşında olduğu kimi şıltaq saxlamasını arzu edirik.
Biz arzu edirik etməsinə. Ancaq etsək də, etməsək də bunun bir əhəmiyyəti yoxdur. Aynur xanım onsuz da əməlləri və tutduğu yüksək posta uyğunsuz davranışı ilə qeyd etdiyim "şıltaqlığı” qoruyub saxladığını göstərir.
Xəstəliyin dinamik artım yaşadığı, Dövlət rəsmilərinin həyəcan təbili çaldığı, ölkə başçısının məsələlərə şəxsən qarışdığı bir dönəmdə qanunun aliliyini qoruyan bir Nazirliyin mətbuat xidmətinin rəhbərinin 100 nəfərlik doğum günü tədbiri keçirməsinə məsuliyyətsizlik və şıltaqlıq deyirik. Əksini deyəcək olsaq "qəsdən yoluxdurmağa cəhd” deyərdik bu da artıq cinayət sayılır. Bundan da acınacaqlısı odur ki, xanım şıltaq ruhlu "cinayətinə” Ədliyyə Nazirliyinin "ZAQS” müdirlərini, digər yüksək rütbəli şəxslərini, Bakı şəhərinin rayon icra hakimiyyətlərinin bəzi xanım müavinlərini də ortaq edib. Onlar da ölkə başçısının, Nazirlər Kabineti Yanında Operativ Qərargahın çağırışlarını, tövsiyyələrini qadağalarını heçə sayaraq Aynur xanımın şad, ölkənin isə ağır durumunda qeyd etdiyimiz məclisdə fəal iştirak ediblər. Adlarını bilib hələki ictimaiyyətə açıqlamadığımız bu dəyərli dövlət qulluqçuları bilirlərmi ki, ölkə başçısı özü şəxsən qapalı məkanda karantin qaydalarına əməl edir. Maraqlıdır 100 nəfərlik məclisdə qeyd edilən məmurlar sosial məsafəni qoruyublar?
Təamları tibbi maskanın altından nuş edib, valsı 2 metrlik sosial məsafə ilə rəqs ediblər…..?
Qətiyyən xeyir! Növbəti yazılarımızda qeyd etdiyim doğum gününün foto kadrları ictimaiyyətə təqdim olunacaq.
Bu arada Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Aynur xanım Sabitova özü kimi yüksək rütbəli məmurlar ilə təmtəraqlı karantin pozuntusunu həyata keçirəndə islah əmək düşərgələrinə "karantin” səbəbi ilə dustaq yaxınları qida, ərzaq keçirə bilmirdi…..
Ümid edirəm ki, bu qədər şıltaqlıq və məsuliyyətsizlik cəzasız qalmayacaq. Aynur Sabitova ya əməllərinə son verəcək ya da cəzalandırılan "17-ci əməkdaş” özü olacaq.

//icmal.az//

Şərhlər

XƏBƏR LENTİ