Səfər Mehdiyevə İLK ZƏRBƏ GƏLİR... - Avtonəqliyyat Baş Gömrük İdarəsi DYP-yə veriləcək
Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyinə gətirldiyi ilk gündən bəri bütün ölkəni əhatə edən total islahat kampaniyası üçün yalnız və yalnız əyləc rolunu oynamış kimi görünən DGK sədri Səfər Mehdiyevə sürprizlər hazırlanır. Bu barədə DİA.AZ-a hökumtədəki mənbələrdən informasiya daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, yaxın günlərdə DGK sədri əsas gəlir ünvanlarından birini itirəcək, DGK-nın səlahiyyətləri azaldılacaq.
Mənbənin dia.az-a söylədikləri: "Səfər Mehdiyev, eynilə Ziya Məmmədovla bağlı hərəkət planında olduğu kimi mövqelərini tədricən itirəcək. İlk əvvəl DGK-nın səalhiyyət arealı məhdudlaşdırılacaq. Prosesə artıq start verilib və yaxın günlərdə DGK sədri ilk itki ilə üz-üzə qalacaq".
Mənbə iddia edir ki, Avtonəqliyyat Baş Gömrük İdarəsinin DGK-dan alınaraq Dövlət Yol Polisinə həvalə edilməsi gözlənilir: "DYP ilə yanaşı Avtonəqliyyat Baş Gömrük İdarəsinin bəzi səlahiyyətli ASAN Xidmətə həvalə ediləcək. Əslində bu addımın mahiyyətində illərdən bəri ölkəyə avotomobil gətirən vətəndaşların da əsas qayğıları - gömrükdə yaradılan süni əngəllər aradan qalxmış olacaq".
Mənbə əlavə edir ki, Səfər Mehdiyev təkcə Avtonəqliyyat Baş Gömrük İdarəsini itirməyəcək: "Əlavə addımların da atılacağı planlaşdırılır".
Bizi izləməkdə davam edin. Yeni bilgilərimiz olacaq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək