SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » AAYDA-da var-dövlət intriqası – Kimin daha çoxdur?

AAYDA-da var-dövlət intriqası – Kimin daha çoxdur?

Tarix:

31-07-2020, 13:40

/ 1 640 dəfə oxundu.
AAYDA-da var-dövlət intriqası – Kimin daha çoxdur?

Bir neçə gün öncə dövrü mətbuatda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevə məxsus olduğu iddia edilən çoxmilyonluq varidatın siyahısı yayılmışdı.Qeyd edək ki,Əvəz Qocayevin var dövləti barədə elektron kütləvi informasiya vasitələrində kifayət qədər məlumat tapmaq olar.Yəni,demək istəyirik ki,bu bir yenilik deyil. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yüksək vəzifə tutan,rəhbər heyətdə çalışanların hansı bu kimi imkanlara malik deyil? Məsələ Əvəz Qocayevin malik olduğu sərvətdə deyil, qurumun rəsmi şəxsləri arasında baş verən və baş verməkdə davam edən soyuq müharibənin artıq mətbuat müstəvisinə çıxarılmasındadır. Burada çox maraqlı bir sual yaranır – niyə AAYDA sədri Saleh Məmmədovun deyil,məhz onun birinci müavininin varidatının çox olduğu xüsusilə gündəmə gətirilir? Var dövlətə gəldikdə Əvəz Qocayev ömrü boyu müavin vəzifəsində olub.Saleh Məmmədov isə 1995-ci ildə 2015-ci ilə “Azəryolservis”ASC də ayrı-ayrı Yol İstismar İdarələrinin rəisi işləyib və Cavid Qurbanovu əvəz edərək artıq 5-ci ildir ki,böyük bir dövlət qurumunun sədri vəzifəsini daşıyır. Çalışdıqları vəzifələrə baxdıqda,kimin daha çox var-dövləti olar? Sədrin isə Əvəz Qocayev kimi bir yox, bir neçə müavini olur. Doğrudanmı, AAYDA sədri və onun digər müavinləri Əvəz Qocayevə baxanda çox “kasıb”dırlar?

Əslində bu gün AAYDA-da nələrin baş verdiyini,burada hansı intiqraların getdiyini heç kim bilmir.Saleh Məmmədov agentliyə sədr təyin olunanadan hər şeyə müxtəlif vəzifələrə yerləşdirdiyi yaxın adamlarının vasitəsi ilə nəzarət edir. AAYDA-da bu gün yol infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə ayrılan dövlət vəsaitlərinin bölüşdürülməsi üstündə əsl mübarizə gedir.Saleh Məmmədov təmirə,yenidənqurmaya ehtiyacı olan yollara həmən pul ayırmır. Qeyd edək ki,burada dövlət vəsaitinə qənaətdən söhbət getmir.Söhbət Saleh Məmmədova yaxın adamların asanlıqla dövlət sifarişləri ala bilmələrindən gedir. Məsələn,AAYDA-da struktur dəyişikləri edildikdən sonra tabeliyində 100-dən çox MMC yaradılıb.Bu gün bu MMC-lərin böyük əksəriyyəti işsiz kimi qalaraq ancaq dövlət vəsaitləri hesabına yerli əhəmiyyətli yolları süpürürlər.Amma burada Saleh Məmmədovun yaxın adamlarına yolların çəkilməsində iştirak etməyə,şərikinə pul qazanmağa işlər kifayət qədərdir.Sual olunur,rayonlarda çəkilən yollar nə üçün bütün rayon Yol İstismar İdarələrinə şamil edilmir? Nə üçün Saleh Məmmədova yaxınlığı ilə tanınan,daim sifariş alan bir neçə Yol İstismar İdarələrindən başqa digər qurumlara da bu şərait yaradılmır?

Bu gün AAYDA Saleh Məmmədova yaxın adamların əli ilə idarə olunur. AAYDA Avtomobil Yollarının Təmiri və İstismarı İdarəsinin rəisi Əflatun Qasımov sədr Saleh Məmmədovun qudasıdır.Saleh Məmmədov bir çox böyük layihələrə rəhbərliyi məhz Əflatun Qasımova həvalə edir.Sonradan vəzifə başına gələnlərdən olsa da, bu gün onun da dəyəri milyonlarla ölçülən var dövlətinin olması barədə məlumatlar var.Təkcə onu demək kifayət edir ki,Əflatun Qasımov son 5 ildə Bibiheybət yolunun 3 dəfə üçması nəticəsində milyonlarla manat dövlət vəsaitini təyinatından kənarlaşdırıb.

Aparat rəhbəri Tariyel Pənahovun da AAYDA -da aparıcı şəxslərdən,Saleh Məmmədova yaxın biri olması barədə də məlumatlar var.Maliyyə İdarəsinin rəisi Müseyib Həmsəyev də AAYDA sədrinə yaxınlığı ilə tanınan şəxslərdəndir. Onu xüsusilə qeyd etmək lazımdır ki, qurumda adıçəkilən hər bir aparıcı şəxsin öz gəlir mənbəyi var.

Amma məlumatlara görə,hətta ən aparıcı şəxslər belə, bu gün agentlikdə Müseyib Həmzəyevin əlinə baxır. Bəs,bu Müseyib Həmzəyev kimdir? Müseyib Həmzəyev Saleh Məmmədovun bütün gizli maliyyə sövdələşmələrini,xarici ölkələrə transferləri həyata keçirən bir şəxsdir.Məlumatlara görə bu təcrübəyə o,vaxtı ilə “Azərbaycan Dəmir Yolları” QSC-də Maliyyə İdarəsinin müdiri işləyərkən yiyələnib.Məlumatlara görə onun ofşorlarda yaxçı əlaqələri var və çirkli pulları xarici ölkələrdə leqallaşdıra biləcək 3-5 nəfərdən biridir. Adətən hər yeni təyin olan nazir özünə komanda toplayır və maliyyə işini də öz yaxınına,etibar etdiyi şəxsə həvalə edir. Bəs Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kimi bir qurumun maliyyə məsələlərini Müseyib Həmzəyevə necə həvalə edə bilib?Bu gün onun Saleh Məmmədovun yanında yer almasının birinci səbəbi məhz yaxşı pul silə bilmək qabiliyyətinin olmasıdır.

AAYDA-nın milyonçu rəhbərlərinin var-dövləti,xarici ölkələrdəki sərvətləri barədə yazılanda Müseyib Həmzəyevin adı nədən heç yerdə hallanmır? Təbii ki,hər yerdə birinci şəxsin adı çəkilir.Amma bu birinci şəxslə bərabər bütün maliyyə sənədlərinə imza atan ikinci şəxs, məhz maliyyə idarələrinin rəisləri olur ki, bütün maliyyə əməliyyatlarından faiz sahibidirlər. Məlumat üçün qeyd etmək istərdik ki,Müseyib Həmzəyev AAYDA-da fəaliyyətə başlayandan bu günə kimi audit yoxlamalarından yüksək rəylər alıb.Yəni sözügedən qurumun maliyyə-təsərrüfat işlərində il ərzində heç bir qanunsuzluğa yol verilmədiyi,hər şeyin şəffaf,tər-təmiz olması barədə hüquqi sənəd.Amma bizim əldə etdiyimiz məlumatlara görə Müseyib Həmzəyev AAYDA-nın strukturuna daxıl 104 idarə və müəsisələrin rəhbərlərindən əmək haqqlarının 15% -ni (buna “otkat” deyilir) geri alır.Bu Müseyib Həmzəyevin təkcə fəhlələrin əmək haqqlarından əldə etdiyi gəlirlərdir.Bəs görəsən rayonlarda yol çəkilişlərinə ayrılan milyonlarla dövlət vəsaitlərinin neçə faizi “otkat”kimi Müseyib Həmzəyevin özünə qayıdır? Bu artıq, nə jurnalist, nə ekspert, nə də iqtisadçı işidir.

Bəs AAYDA rəhbərlərinin var -dövlətin mətbuat müstəvisinə çıxarılması nə ilə bağlıdır?“ Agentliklə bağlı yayılan məlumatlarda nədən ancaq sədr Saleh Məmmədovun adı yer alır,Əvəz Qocayevi isə yada salan yoxdur. Bu onunla əlaqələndirilir ki,güya sədr haqqında yazılanları mətbuata Əvəz Qocayev ötürür. Biz burada heç də Əvəz Qocayevi müdafiə etmirik.Sadəcə ictimaiyyətin diqqətinə bir dövlət qurumunun koridorlarında nə kimi oyunların baş verdiyini, bir-birinin var dövləti ilə bağlı məlumatları mətbuat səhifələrinə çıxartmaqla nələrə nail olmaq istədiklərini çatdırmaq istəyirik. Son vaxtlar Saleh Məmmədov və onun tabeliyində işləyən qohum əqrəbalarının adları indiki ağır iqtisadi-siyası bir dönəmdə mediada çox hallanmağa başlayıb.Ona görə də agentlik sədrinin komandası heç də nüfuzuna və çəkisinə görə zəif fiqur olmayan Əvəz Qocayevə media vasitəsilə bəzi xatırlamalar edilir,Saleh Məmmədov haqqında yazılanlara son qoyulması dolayısı yollarla tələb olunur.Digər tərəfdən dövrü mətbuatda müavin Əvəz Qocayevlə sədr Saleh Məmmədov arasında davam edən soyuq müharibənin haradan qaynaqlandığına dair mülahizələr irəli sürülür.

Əvəz Qocayevin tez-tez Ziya Məmmədovla görüşməsi və gizli məsələləri müzakirə etməsi barədə yayılan məlumatlarda sabiq nazirın öz kadrını yenidən Saleh Məmmədovun yerində görmək istədiyi iddia olunur. Ziya Məmmədova yaxın olan media qurumlarının Saleh Məmmədovu mənfi obrazda tez-tez gündəmə gətirmələri Əvəz Qocayevlə sabiq nazirin “BÖYÜK PLAN”larının bir hissəsi kimi vurğulanır. Hətta Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin dəhlizlərində davamlı olaraq yaxınlarda Saleh Məmmədovun vəzifədən gedəcəyi ilə bağlı şaiyələrin yayılması da buna xidmət edir.AAYDA içindəki məlumatlı mənbənin verdiyi məlumatda vurğulanır ki, Əvəz Qocayev Saleh Məmmədovu devirmək planına Ziya Məmmədovla birlikdə həmyerlisi DYP rəisi general Ramiz Zeynalovu da qoşub. Görünür Əvəz Qocayev arzusunda olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədri vəzifəsi uğrunda çox ciddi mübarizəyə girişib və buna görə də yaxın həftələrdə Saleh Məmmədovla aralarında mübarizə açıq müstəviyə keçəcək.

Qeyd edək ki,bu mübarəzinən necə sonuclanacağından asılı olmayaraq tərəflər arasında çox çirkin bir oyun,iyrənc bir kompaniya aparıldığı görsənir.Bir sədr tərəfindən və yaxud müavin tərəfindən dövlət qurumunu şəxsi maraqlarının alətinə çevirmək nə dərəcədə qanunauyğun bir haldır? Dövlətin büdcəsindən oğurladıqları milyonları mətbuat vasitəsi ilə xalqın gözünə soxmaqda bunların məqsədi nədir? Bir birinin var dövlətini,sərvətini yaymaqla bu insanlar nəyə nail omaq istəyirlər? İstədiklərinə artıq nail olmayıblarmı?
Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ