Əvəz Qocayevin günü-gündən BÖYÜYƏN İŞTAHASI... - Pul olandan sonra nə var ki...
Azərbaycanın tanınmış oliqarx məmurlarından biri olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini Əvəz Qocayev digər oliqarx məmur, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədriliyinə iddialıdır.
Xalqxeber.az xəbər verir ki, bu barədə AzToday.az-a məlumat verən mənbənin sözlərinə görə Əvəz Qocayev artıq Avtomobil Yolları Dövlət Agentliyininə sədr keçmək xəyyalları ilə vidalaşıb və Saleh Məmmədovun iddialı sədr müavini artıq gözünü Cavid Qurbanovun yerinə dikib.
Qeyd edək ki, bir ildən çoxdur ki, Cavid Qurbanovun etimadı itirməsi və vəzifədən alınacağı ilə bağlı cəmiyyətdə söz-söhbət dolaşmaqdadır. Mətbuatda isə Cavid Qurbanovun öz mülklərini satışa çıxarması haqda bir sıra məlumatlar yayılıb. Ən son olaraq isə Cavid Qurbanov “Topaz”la bağlı gündəmə gəlməkdədir və Cavid Qurbanovun ünvanına artıq deputatlar səviyyəsində tənqidlər ünvanlanmaqdadır.
Xatırladaq ki, daha əvvəl mətbuatda Əvəz Qocayeyin Avtomobil Yolları Dövlət Agentliyininə sədri Saleh Məmmədovun yerinə keçməyə çalışdığı barədə məlumatlar yayılıb. Hətta onun digər müavin Hüsnü Quliyevlə problemləri olduğu və Saleh Məmmədovun Əvəz Qocayevə qarşı məhz Hüsni Quliyevi qoyduğu bildirilirdi.
Mənbə AzToday.az-a bildirib ki, Avtomobil Yolları Dövlət Agentliyində artıq Əvəz Qocayevin nüfuz dairəsi həddindən artıq məhdudlaşdırılıb və o, indi Agentlikdən ayrılaraq nüfuzdan düşmüş Cavid Qurbanovun yerində bərqərar olmağı düşünür.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...