Əvəz Qocayev AYDA-da təcrid durumunda - Sədr Saleh Məmmədovun isə "səbr kasa"sı dolub...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyininin rəhbərliyində dəyişklik gözlənilir.
Xalqxeber.az xəbər verir ki, MilliYol.Az-a daxil olan məlumata görə, qurumun sədr müavini Əvəz Qocayev vəzifəsindən yola salınacaq. Məlumata görə, Əvəz Qocayevin vəzifədən alınmasıüçün artıq AYDA sədri Saleh Məmmədov fəaliyyətə keçib. Bunun səbəbi isə Əvəz Qocayevlə AYDA rəhbərliyində çalışan şəxslər arasında yaranmış problemlərdir.
Hazırda Avtomobil Yolları Dövlət Agentliyində başda Saleh Məmmədov olmaqla hər kəs Əvəz Qocayevi özündən uzaq tutmağa çalışır və məlumata görə sədr müavinin kollektivlə münasibətlərində açıq gərginlik var.
Məlumata görə, Əvəz Qocayev artıq Saleh Məmmədovun "səbr kasa"sını daşırıb. Sonuncu dəfə Əvəz Qocayevlə AYDA-nın Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev arasında yaranmış konfilktdən sonra isə sədr müavinin vəziyyətinin dahda pisləşdiyi deyilir. Həmin konfilktin səbəbi isə Əvəz Qocayevin Müseyib Həmzəyevin yerinə öz yaxına damını gətirmək istəməsi olub. Məlumata görə, sədr müavinin bu planınının üzə çıxmasından sonra Saleh Məmmədovla Əvəz Qocayev arasında söz atışması olub və sədr onun düzgün hərəkət etmədiyini vurğulayıb.
Qeyd edək ki, ölkə mətbuatı xeyli müddətdir ki, Əvəz Qocayevin Saleh Məmmədovun yerinə keçmək üçün çalışdığını yazırdı. Təqribən iki həftə əvvəl isə yerli mətbuatda onun Cavid Qurbanovun yerinə göz dikməsi barədə məlumat yayılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"