SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ceyhun Əsgərov Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri təyin olunub

Ceyhun Əsgərov Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri təyin olunub

Tarix:

23-07-2020, 18:28

/ 2 131 dəfə oxundu.
Ceyhun Əsgərov Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri təyin olunub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yeni kadr təyinatı aparılıb.

APA-nın məlumatına görə, Ceyhun Əsgərov qurumun mətbuat xidmətinə rəhbər təyin edilib.

Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar “Araz” radiosunda siyasi şərhçi, “Türk El” telekanalında baş direktor, CBC kanalında “Xəbərlər” redaksiyasının direktoru, 2015-ci ildə isə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi vəzifələrini tutub.

Yeni təyinatından əvvəl C. Əsgərov www.aznews.az və www.novosti.az. İnformasiya portallarının baş redaktoru kimi çalışıb.

Şərhlər

XƏBƏR LENTİ