Ceyhun Əsgərov Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri təyin olunub

Ceyhun Əsgərov Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri təyin olunub İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yeni kadr təyinatı aparılıb.

APA-nın məlumatına görə, Ceyhun Əsgərov qurumun mətbuat xidmətinə rəhbər təyin edilib.

Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar “Araz” radiosunda siyasi şərhçi, “Türk El” telekanalında baş direktor, CBC kanalında “Xəbərlər” redaksiyasının direktoru, 2015-ci ildə isə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi vəzifələrini tutub.

Yeni təyinatından əvvəl C. Əsgərov www.aznews.az və www.novosti.az. İnformasiya portallarının baş redaktoru kimi çalışıb.
Geri qayıt