SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səid Dadaşbəyli azadlığa buraxıldı

Səid Dadaşbəyli azadlığa buraxıldı

Tarix:

15-07-2020, 14:07

/ 1 486 dəfə oxundu.
Səid Dadaşbəyli azadlığa buraxıldı

Dövlət çevrilişinə cəhd və vətənə xəyanətdə təqsirli bilinərərək azadlıqdan məhrum edilən Səid Dadaşbəyli azadlığa buraxılıb.

Onun 14 illik azadlıqdan məhrumetmə cəzası başa çatıb.

Qeyd edək ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin keçridiyi əməliyyatla saxlanılan S.Dadaşbəyli və daha 14 nəfər Cinayət Məcəlləsinin 218-ci maddəsi (cinayətkar birlik yaratma), 274-ci maddəsi (dövlətə xəyanət), 28.2-ci maddəsi (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq), 180.3.1-ci maddəsi (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228-ci maddəsi (qanunsuz odlu silah saxlama), 204-cü maddəsi (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma), 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə təqsirli bilinərək 12-14 il arası azadlıqdan məhrum edilmişdilər.

Şərhlər

XƏBƏR LENTİ