SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vilayət Eyvazovdan üç polis rəisi ilə bağlı ƏMR

Vilayət Eyvazovdan üç polis rəisi ilə bağlı ƏMR

Tarix:

6-07-2020, 14:58

/ 2 633 dəfə oxundu.
Vilayət Eyvazovdan üç polis rəisi ilə bağlı ƏMR

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov üç polis rəisi ilə bağlı əmr imzalayıb.

Nazirin əmri ilə Binəqədi RPİ 6-cı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəsib Məmmədov vəzifəsindən azad edilərək Biləsuvar rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Biləsuvar RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Əlyəddin Səfərov isə Şamaxı RPŞ-nin rəisi təyin olunub.

Şamaxı RPŞ-nin rəisi Şahin Mirzəyev isə nazirin əmri ilə vəzifədən çıxarılaraq sərəncama götürülüb.

Şərhlər

XƏBƏR LENTİ