SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qoşulmama Hərəkatında pandemiya ilə mübarizədə Azərbaycan modeli

Qoşulmama Hərəkatında pandemiya ilə mübarizədə Azərbaycan modeli

Tarix:

29-06-2020, 09:56

/ 1 459 dəfə oxundu.
Qoşulmama Hərəkatında pandemiya ilə mübarizədə Azərbaycan modeli

"Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin "Gənclərlə İş" şöbəsinin rəhbəri, Nərimanov rayonun fəal gənci Ümidə Rəhimova

Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təşkilatdır . Tam əminliklə söyləmək olar ki, bu nüfuzlu quruma sədrlik ilk növbədə etimad və ölkəmizin qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin növbəti nümunəsidir . Hərəkata sədrliyi öz üzərinə götürən cənab prezident İlham Əliyev bildirmisdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiıə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi əsas tutacaq. Pandemiyanın dünyanı ciddi sınaqlar qarşısında qoyduğu bir vaxtda , qlobal əməkdaşlığa ehtiyac duyulduğu bu məqamda məhz bu zirvə toplantısının təşəbbüskarı qismində çıxış etməklə Azərbaycan Prezidentinin dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsü kimi dəyərləndirilir.
Videokonfrans vasitəsilə keçirilən zirvə toplantısında Azərbaycan Prezidentinin “özünə qapanma və yalnız birgə səylərlə COVİD -19-a qalib gələ bilərik” çağırışı görüş iştirakçıları tərəfindən də yüksək səviyyədə dəstəklənmişdir.
“Azərbaycanın bu çağırışı və könüllü maliyyə yardımı ,həmçinin pandemiyaya qarşı mübarizədə təqdim etdiyi məsəslələr sübut etdi ki, ölkəmizin təşəbbüsləri dünyada həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Bu toplantıda da Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında və operativ şəkildə həyata keçirilən qabaqlayıcı tədbirlər nümunə kimi təqdir olunmuşdur.
Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfransı bir daha sübut etdi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm töhfəsini verir. Həmçinin zirvə görüşündə bu qədər ölkənin iştirakı, BMT-nin baş katibinin belə bir görüşə görə ölkə başçısına təşəkkürü Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsi, qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmuş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.
Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin beynəlxalq arenada ali siyasi nüfuzu və liderliyinin baris nümunəsidir

Şərhlər

XƏBƏR LENTİ