XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Vilayət Eyvazov bu post komandirlərinin YERİNİ DƏYİŞDİ

Vilayət Eyvazov bu post komandirlərinin YERİNİ DƏYİŞDİ

Vilayət Eyvazov bu post komandirlərinin YERİNİ DƏYİŞDİ
23-06-2020, 17:47

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Baş Dövlət Yol Polis İdarəsi, Yol Patrul Xidməti Alayının 6-cı tağımının (Qaradağ postu) komandiri, polis mayoru Aqil Məmmədov vəzifəsindən azad edilib.

O, BDYPİ, Yol Patrul Xidməti Alayının 8-ci tağımına (Yevlax postu) komandir təyin olunub. Nazirin digər əmri ilə Yevlax postunun komandiri, polis mayoru Etibar İbrahimov da vəzifəsindən azad edilərək, Qaradağ postuna komandir vəzifəsinə təyinat alıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.