Toy gecəsi qaçan gəlinlə bağlı yeni xəbər
Aprelin 15-də İmişlidə toyu günü başqa oğlanla qaçan qızın rayonun Göbəktala kəndində olması müəyyənləşib.
Bir müddət əvvəl 18 yaşı tamam olmuş Sevil Quliyeva (ad və soyadlar şərtidir) qız toyundan sonra özündən 2 yaş böyük oğlanla yaşadığı Qaradonlu kəndindən qaçandan sonra həmin oğlanın atasının Göbəktala kəndindəki evində yaşamağa başlayıb. Yaxınları bildiriblər ki, yaxın vaxtlarda cütlüyə toy etmək niyyətindədirlər. Qızın ailəsi isə onu hələ ki, bağışlamayıb.
Bu arada qızın atasının məsələ ilə bağlı polisə etdiyi müraciət araşdırılıb və hər hansı cinayət tərkibinin olmadığı, cütlüyün nikah yaşına çatdığı, zorla qaçırılma, hər hansı məcburetmə faktının olmadığı məlum olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...