XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Təhsil Naziri cənab Ceyhun Bayramova müraciət

Təhsil Naziri cənab Ceyhun Bayramova müraciət

Təhsil Naziri cənab Ceyhun Bayramova müraciət
31-05-2020, 18:22

Cənab nazir, bu şikayət məktubunu sizə kütləvi infomasiya vasitələri ilə ünvanlamağıma səbəb, rəhbəri olduğunuz təhsil müəssələrindən birində daha dəqiqi, 201 saylı tam orta məktəbdə təlim və tərbiyə üzrə direktor müavini olan Hüseynova Svetlananın qanuna və müəllim adına ləkə gətirən davranışları haqqında rəhbərlik etdiyiniz Təhsil Nazirliyinə və Bakı Şəhər üzrə Təhsil İdarəsinə ünvanladığımız şikayət ərizələrinin cavabsız qalması daha doğrusu, bu qurumun vəzifəli şəxsləri tərəfindən ört-basdır olunaraq, gizlədilməsidir.
Dünya malına hədsiz məhəbbət bəsləyən bu “təlim və tərbiyə üzrə müəllimə” 1989-cu ildən ata yurdundan gəlin köçməsinə və atası tərəfindən Bakı şəhəri, Keşlə qəsəbəsində evlə təmin olunmasına baxmayaraq, 2012-ci ildə yəni, ata evindən 23 il çıxdıqdan sonra 2 saylı Notariat Kontoruna müraciət edərək mirasın 3/1 hissəsini öz adına keçirmişdir. Bakı şəhəri 2 saylı dövlət notariat kontoru Hüseynova Svetlananın həmin evdə yaşayıb-yaşamamasını yəni mirası faktiki qəbul edib-etməməsini araşdırmadan, məhkəmə qərarı olmadan, miras qoyanın vəfatından 11 il sonra (2001-ci ildə miras qoyan ölmüşdür) onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Mal-mülk sevdalısı olan bu qadın indi də bu davranışı ilə kifayətlənməyib, müxtəlif məhkəmə və hüquq mühafizə orqanlarına qeyri-etik tərzdə müraciətlər ünvanlayaraq, mənim və atamın şərəf və ləyaqətini təhqir edir. Konkret olaraq 21.02.2019, 01.04.2019 və 01.05.2019–cu il tarixli Səbail Rayon Məhkəməsinə ünvanladığı iddia ərizələrində atamı təhqir etmişdir. 30.11.2019-cu il tarixli DIN-ə ünvanladığı şikayət ərizəsində məni müxtəlif küçə söyüşləri ilə təhqir etmişdir. Söyüşlə fikirlərini ifadə etməyə və özünü müdafiə etməyə öyrəşən, bu qadın özüdə bilmədən, öz şəxsiyyətinin gizli yönlərini biruzə verir. Əgər bir qadın gündəlik danışığında söyüş, təhqir işlədirsə, demək cəmiyyət getdikcə öz etik dəyərlərini itirir və əgər bu qadına ölkənin əsas nazirliklərindən birində uşaqların tərbiyəsi ilə bağlı mühüm və məsuliyyətli vəzifə həvalə olunursa, deməli vəziyyət daha da acınacaqlıdır.
Bildiyiniz kimi pedaqoji fəaliyyətin məqsədi cəmiyyət üçün yararlı, hərtərəfli, ahəngdar inkişaf etmiş vətəndaşlar tərbiyə etməkdən ibarətdir. İndi işlətdiyi hər ifadədə az qala söyüşə müraciət etməyə adət edən, bu qadın işlədiyi məktəbdə təhsil alan məktəblilərə düzgün, əxlaqlı tərbiyəni öyrədə bilərmi?
Həmçinin qeyd edim ki, 18 iyun 2019-cu il tarixdə mübahisənin predmeti olan miras qalmış evin naturada bölünməsinə dair ekspertizanın keçirilməsi zamanı evimdə razılığım olmadan, gizli şəkildə ailə həyatımın sirrini özündə əks etdirən məlumatları audio cihaz vasitəsi ilə qeydə alıb və hələ heç kəsdən gizlətməyərək, etdiyi hərəkətlə öyünür, halbuki səsimi audio cihaz vasitəsi ilə qeydə alaraq, cinayət Məcəlləsinin 156-cı maddəsi ilə müəyyənləşdirilən “şəxsi həyatın toxunulmazlığı” hüququmu pozub.
Üzləşdiyimiz müxtəlif situasiyalarla bağlı Təhsil Nazirliyinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müxtəlif vaxtlarda, maddi sübütlarla birlikdə ünvanladığımız müraciətlər təəsüflər olsun ki, məktəbdan kənar, ailə daxili məsələdir adı altında ört-basdır olunur. Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə ünvanladığımız şikayətə bizi aldatmağa yönəlmiş cavablar verilir. Mən başa düşə bilmirəm, bir pedaqoqun fəaliyyəti ancaq onun təhsil müəssəsindəki fəaliyyəti iləmi məhdudlaşır?
Bəs bu müəllimin cəmiyyət içində, 10-larla insanın içində söyüş söyməsinə, özünü apara bilməməsinə, ərizələrini təhqiramiz formada yazmasına kim cavabdehdir?
Axı “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 2.1.2-ci və 4.5.3-cü maddələri müəllimin cəmiyyət üzvləri ilə münasibət qurmağına dair konkret riayiət etməli olduğu qaydalar müəyyənləşdirib. Bu adam çöldə, bayırda söyüş söydükdən sonra necə rahatlıqla məkətəbə girib az yaşlı uşaqlara təlim və tərbiyədən danışır? Bu məsələlərlə əlaqəli Təhsil Nazirliyinə şikayət ünvanladığımız halda informasiya şöbəsinin müdiri Elnur Əliyev bu adamı çağırıb daxil olmuş şikayətlə bağlı dindirməkdən çəkinir, qorxur. Deyir ki, birdən çağıraram əsəbləşər, siz narahat olmayın amma sizin şikayətinizi araşdıracağıq. Sonra da onun əməllərini müdafiə etməyə yönəlmiş, başdansovdu cavab məktubları göndərirlər. Indi maraqlıdır bu adamın arxasında dayanan qüvvələr kimlərdir ki, bu cür vəzifəli şəxslər ondan qorxurlar və onun hərəkətlərini obyektiv şəkildə araşdırmaqdan imtina edirlər?
Düşünürəm ki, sizin nəzarətinizlə bu adam barəsində xidməti yoxlama aparılaraq bütün bu cavabsız suallar aydınlaşdırılmalıdır.
Həmçinin qeyd edim ki, Hüseynova Svetlana yaşadığı Keşlə qəsəbəsi ərazisində müxtəlif vətandaşlara sələmə pul verməklə məşğuldur. Əlbbətə o ona pul üçün müraciət edən vətandaşlara verilən pulu öz aralarında “borc müqaviləsi” adı altında rəsmləşdirir amma faktiki olaraq pulu sələmə verir. Bununla əlaqəli 30-09-2016-cı il tarixində Gəncə şəhər sakini İradə Verdiyeva tərəfindən informasiya portallarından birində “201 saylı tam orta məktəbin sələmçi “pedaqoq”-u” adı altında şikayət məktubu dərc olunmuşdur. Onun dediyinə görə gəlinləri Verdiyeva Aynurə Namaz qızı oğlunun xəstə olmasına görə, Bakı şəhərində Svetlana Hüseynovadan 100000 (yüz min) ABŞ dollarına yaxın sələmə pul almışdır. Amma bu zaman Svetlana və onun həyat yoldaşı Teymur Həsənov Aynurəyə 200000 (iki yüz min) ABŞ dollarına uyğun borc qəbzinə imza etdirmişlər. Sonradan gəlinləri Aynurə həmin pulu qaytara bilmədiyi üçün Bakı şəhərində evlərini Hüseynova Svetlanaya vermişdir.
Baxın bir insanın oğlunun xəstə olmasından, çarəsizliyindən istifadə edərək ona 100000 min manat əvəzinə 200000 min manatlıq qəbzə imza çəkdirmək, sonra da onların pulu qaytara bilməməsindən yararlanaraq, Bakı şəhərində yerləşən evlərini əllərindən almaq hansı mənəvi, əxlaqi kriteriyala sığır? Bu məqalə Verdiyeva Aynurə tərəfindən 2016-ci il də internet portallarda dərc olunmasına baxmayaraq nədənsə hələ də Təhsil Nazirliyinin məsul şəxslərinin gözünə dəyməyib.
Həmçinin nəzərinizə çatdırım ki, apellyasiya məhkəməsinin saytına daxil olaraq Hüseynova Svetlananın müxtəlif şəxslərə qarşı (Abbasov Nürəddin Seyfəli oğlu, Nəsirov Bayram Qərib oğlu, Qasımova Şəlalə Qurban qızı, Qasımov Zahid Musa oğlu, Babayeva Hicran Vəzir qızı) “borc tələbinə dair” müxtəlif vaxtlarda qaldırdığı iddia ərizələri ilə tanış ola bilərsiniz. Əlbəttə siz Hüseynova Svetlanadan bu barədə nəsə soruşsanız o bu iddiaların adından da məlum olduğu kimi borc tələbinə aid olduğunu deyəcək amma maraqlıdır bir insanı 5 nəfərə təmənna güdmədən borc pul verməyə nə vadar edib ?
Həmçinin o da maraqlıdır ki, yoldaşı işləməyən Hüseynova Svetlananın aylıq məvacibi nə qədərdir ki, o müxtəlif insanlara külli miqdarda “borc” verməyə pul tapır ? Bu insanın bir nəfərə verdiyi pulun məbləğinin 100000 min manat olduğu deyilirsə, digər insanlara verdiyi pulun məbləğini də özünüz təxmin edin.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192-ci maddəsinin dispozisiyasına əsasən, dövlət qeydiyyatına alınmadan, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan göstərilən fəaliyyət qanunsuz fəaliyyət hesab olunur və qanunvericilik buna görə cinayət məcəlləsi ilə məsuliyyət müəyyən edib. Bu səbəbdən düşünürəm ki, bu məsələ həmçinin Daxili İşlər Nazirliyinin BPİ-nin Nizami Rayon Polis İdarəsinin, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Vergilər Nazirliyinin də nəzarətində olmalıdır. Nəticədə bir şəxs göz görə-görə vergidən yayınmaqla birbaşa dövlətin büdcəsinə ziyan vurur. Uzun illərdir ki, Hüseynova Svetlana sahibkar kimi qeydiyyatdan keçməyib, bu müddət ərzində kasıb, əlacsız insanların əmlakını əlindən almaqla və xeyli miqdarda gəlir əldə etməklə dövlətin sütunlarına zərbə vurur.
Cənab nazir, bu şikayəti sizə ünvanlamaqda ən əsas səbəb isə odur ki, Hüseynova Svetlana iştirak etdiyi məhkəmə proseslərindən sonra məhz sizin adınızı hallandıraraq, sizin onun qohumunuz olduğunu və yerli (bir bölgədən) olaraq ona arxa durduğunuzu bildirir. Bu səbəbdən Təhsil Nazirliyinə şikayət ünvanlamağımızı, ünvanlayacağımız təqdirdə isə nəticəsiz qalacağını deyir. Ümid edirəm ki, bu belə deyil. Amma çox xahiş edirəm bu məsələyə bir aydınlıq gətirərdiniz. Bütün bunları o 10-larla insan içində deyirdi və bunu bizdən başqa görən, həmçinin təsdiq edə biləcək həmin yerdə olan başqa insanlar da var.
Cənab nazir, təhsilin keyfiyyətinin qaldırılması, müəllimin cəmiyyətdəki nüfuzunun, imicinin yaxşılaşdırılması istiqamətində tərəfinizdən aparılan islahat xarakterli tədbirləri şəxsən mən çox müsbət qarşılayıram. Düşünürəm ki, bu cür islahatları 201 saylı tam orta məktəbin müəllim heyəti arasında da aparılmalısına zərurət yaranıb. Əgər tərəfinizdən dəvət ediləcəyim təqdirdə, dediklərimi təsdiqləyəcək sübütları təqdim edə bilərəm.
Hüseynov Taleh İlham oğlu
Əlaqə: 055 657-40-97
Təhsil Naziri cənab Ceyhun Bayramova müraciət

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.