SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İLHAM ƏLİYEVİN HÜQUQ-MÜHAFİZƏ SİSTEMİNDƏ İSLAHATLAR MESAJI VƏ İLHAM RƏCƏBOV KİMİ KADRLARIN BƏDBİN PERSPEKTİVLƏRİ

İLHAM ƏLİYEVİN HÜQUQ-MÜHAFİZƏ SİSTEMİNDƏ İSLAHATLAR MESAJI VƏ İLHAM RƏCƏBOV KİMİ KADRLARIN BƏDBİN PERSPEKTİVLƏRİ

Tarix:

30-05-2020, 13:34

/ 3 208 dəfə oxundu.
İLHAM ƏLİYEVİN HÜQUQ-MÜHAFİZƏ SİSTEMİNDƏ İSLAHATLAR MESAJI VƏ İLHAM RƏCƏBOV KİMİ KADRLARIN BƏDBİN PERSPEKTİVLƏRİ

Prezidentin keçən ilin payızında yaşlı məmurlara “Daha gənc nəslə yol vermək lazımdır” – mesajından nəticə çıxarmayan Əhməd Əhmədzadə üçün heç olmasa, bu ilin yazında koronavirusla bağlı ahılların evdən çıxmaması qadağası təsir etməliydi. Etmədi.

O vaxt bu mövzuda qələmə aldığımız yazılarda proqnoz etmişdik ki, yaşı 70-i keçən məmurların, yüksək vəzifəli şəxslərin öz kreslolarını tərk etməsi təkcə onları cavan və perspektivli kadrların əvəzləməsinə görə deyil, həm də "bütləşmiş" yaşlı məmurların özlərinin nüfuzlarının zəifləməsindən dolayı "strateji" vəzifələrə yerləşdirdikləri qohumlarının indiyədək "dalı-qabağı kəsən qılınclarının kəsərdən düşməsi" demək olacaq.

Prezidentin mesajının ünvanlandığı şəxslərdən biri kimi "Meliorasiya və Su Təsərrüfatı" ASC - nin sədri cənab Əhməd Əhmədzadənin adını çəkmişdik və proqnoz etmişdik ki, onun vəzifədən getməsi ilə "Şöhrət" ordeni əlindən alınmasa da, hər halda kürəkəni, Baş DYP İdarəsinin rəis müavini polkovnik-leytenant İlham Rəcəbovun "ipi yığılacaq". Xatırlatmışdıq ki, həmin postda polkovnik Mübariz Şahbazovu əvəzləyən İlham Rəcəbov buna qədər Baş İdarənin Texniki şöbəsinin rəisi vəzifəsində çalışıb, adı mətbuatda bir çox qalmaqallı məsələlərdə hallanıb. Eyni zamanda, onun özünün və qızı Sahibə Rəcəbovanın Bakıda, Quba və Qax rayonlarında malik olduqları çoxlu sayda evləri, şadlıq saraylarını, otelləri və başqa biznes obyeklərini sadalamışdıq.

Doğrudur, Əhməd Əhmədzadə də yerindədir, kürəkəni İlham Rəcəbov da. Bu mövzuda qələmə aldığımız yazıdan ötən müddət ərzində ölkə gündəmini zəbt edən başqa dəyişikliklər olub. Bir neçə rayonun icra başçısı korrupsiyaya görə tutuqlanıb. Mühüm dəyişikliklərdən biri də Zakir Qaralovun baş prokuror vəzifəsindən alınmasıdır. Onu bu mühüm postda əvəzləyən cənab Kamran Əliyevi video-konfrans formatında qəbul edən Prezident İlham Əliyev yeni baş prokurora proqram xarakterli tövsiyə və tapşırıqlarında vacib mesajlar verdi: “...İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin”.

Hüquq-mühafizə orqanlarında qohumluq əlaqəsi gücünə özünə yer eləmiş, sosial ədaləti pozan, insanları haqlı olaraq narazı salan, şəxsi maraq və təmənna güdərək ümumi işə ziyan vuran məmurlardan biri də məhz İlham Rəcəbovdur. Fikir verirsinizsə, korrupsiya üstündə məsuliyətə cəlb olunan vəzifəli şəxslərin dosyeləri açıqlanarkən, ilk növbədə əliəyriliklə, rüşvətxorluqla topladıqları haram kapitalın nəhəng siyahısı diqqəti çəkir. Məntiqlə, məvacibi ilə varidatı düz mütənasib olmayan bütün məmurların fəaliyyəti araşdırılmalıdır, o cümlədən, İlham Rəcəbovun da.

KİV-də aktual olan məsələlərdən biri də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun DTX-nin apardığı əməliyyat nəticəsində həbs olunmasıdır. Xidmət rəisi bir sıra korruptiv cinayətlərdə ittiham olunur. Bu cinayətlərin sırasında Z.Sultanovun arxitekturalı binaların başına açılan oyunlara şəxsi marağı naminə göz yummasıdır. Bildirmişdik ki, İlham Rəcəbovun təxminən bir il əvvəl Yasamal rayonu, Hüseyn Cavid pr, 520 - ci kvartal, ev 19, mənzil 30 ünvanında qızı Turan Rəcəbovanın adına aldığı mağaza qonşuları narahat edir. Belə ki, polis polkovniki yeni obyektinin genişləndirilməsi üçün sözügedən ünvanda qızının adına daha bir mənzil də alıb və həmin mənzillə yeni obyekti arasındakı divarı sökdürüb. Arxitekturalı binanın istinad divarının sökülməsi həmin binada yaşayan sakinlərin həyatı üçün təhlükə yaradıb. Qonşuların Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və başqa müvafiq qurumlara etdikləri şikayətlərə baxmayaraq, İlham Rəcəbov arxitekturalı binada təmir işləri aparmaqda davam edir. Qəribədir ki, sakinlərin şikayəti ilə bağlı heç bir tədbir görməyib və sökülmüş istinad divarı hələ də bərpa olunmayıb. Bu barədə verilən məlumatda xatırlanır ki, istifadəyə verilmiş bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müvafiq qurumların icazəsi olmadan sökülməsi birbaşa cinayət işinin başlanması üçün əsas sayılır. Yəqin ki, İlham Rəcəbov bu işə belə arxayınlıqla qol qoymaq üçün paytaxtın arxitekturasına cavabdeh olan vəzifəli şəxslərlə hesablaşıb.

Nyus.Az

Şərhlər

XƏBƏR LENTİ