XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Cavid Qurbanov Tənqidi Yazıların Silinməsinə 20 Min Manat Pul Verib?-Şok Gəlişmə

Cavid Qurbanov Tənqidi Yazıların Silinməsinə 20 Min Manat Pul Verib?-Şok Gəlişmə

Cavid Qurbanov Tənqidi Yazıların Silinməsinə 20 Min Manat Pul Verib?-Şok Gəlişmə
27-05-2020, 20:59

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri,Cavid Qurbanov son vaxtlar mətbuatın ən çox tənqid etdiyi məmurlardan biri, bəlkə də birincisidir. Şübhəsiz, bunun da bir çox əsaslı səbəbləri vardır. Bununla belə, C.Qurbanovun xüsusən də bir məmur və deputat kimi dövlət qarşısında müsbət xidmətlərinin olduğu da danılmazdır. Odur ki, Cavid müəllimin bütün tənqid olunan əməlləri ilə yanaşı, ədalət naminə dövlət üçün gördüyü işləri də qeyd etmək lazımdır. Bu, ən azı hər bir jurnalistin peşə borcudur. Məsələn, Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olaraq Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsində dövlət başçısının üzərinə qoyduğu bütün öhdəlikləri layiqincə yerinə yetirdiyini deyə bilərik. O cümlədən, ötən seçkidə Milli Məclisdə Kəlbəcər rayonunu təmsil edən bir deputat kimi də öz seçiciləri qarşısında bir sıra müsbət işlər gördüyü haqda çoxsaylı informasiyalar var. Təsadüfi deyil ki, cənab Qurbanov hər zaman bu əməlləri ilə öyünür və hətta son illər özünü “kəlbəcərlilərin şəriksiz ağsaqqalı” kimi görür. Üstəlik, bizə çatan informasiyalara görə, Cavid müəllim məclislərdə və ayrı-ayrı tədbirlərdə bu cür – “kəlbəcərlilərin ağsaqqalı” kimi təqdim olunmasından da böyük zövq alır. Cavid Qurbanov məmur statusu hesabına son illər ölkənin ən böyük oliqarxlarından birinə də çevrilə bilib. Əsasən sosial şəbəkələrdə Cavid Qurbanov daha çox oliqarx ən sözü keçən məmur kimi tənqid olunmağına baxmayaraq, tez bir zamanda yazılan tənqidlər silinir, hətta üzür istənilir və dərhal təkzib verilir.Buda ondan xəbər verir ki, “ADY” QSC-nin sədrinin əlində bir çox sponsorlu mediya qrumları var ki, sosial mediyada bu cür neqativ yazılar bir-başa təziqlərlə silinir, təkziblər verilir. Maraqlısı odur ki, təkziblərin yazılışı, kənardan çox savadsız və bir-başa sifarişli görsənir. Gəzən söz-söhbətlərə görə Cavid Qurbanov xaricidə Azərbaycan hakimiyyəti əlehinə internet üzərində fəaliyyət göstərən anti Azərbaycan mediyası ilə də razılaşıb onlara dolayı yolla pul ötürür ki, nəolur, olsun Cavid Qurbanovun əlehinə heç bir şey verilməsin. Bir neçə gün öncə Azərbaycan mediyasında Cavid Qurbanov barəsində ardı-arası kəsilməyən tənqidi yazılar dərc olunmağa başladı. Cavid Qurbanov tərəfdarlarının bəziləri, bu yazıların sifarişli və qərəzli olduğunu qeyd edib, fəailiyyət göstərdiyi xəbər portallarında təkzib yazanlar və öz Facebook profilini Cavid Qurbanovun şəkilləri ilə bəzəyənlərdə az olmadı.

XəbərAl.az saytının apardığı araşdırmaya görə “ADY” şefi haqqında neqativlərin tez-bazar silinməsi onu göstərir ki, Cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışında mətbuat ilə dostluğunu vurğulayıb, məmurların öz başınalığının aradan qaldırılmasında mediyanın prezidentə köməkçi olması, oliqarx məmur Cavid Qurbanovunda Cənab İlham Əliyevin gözündən düşməsinin qarşısını alır. Amma düşünmürlər ki, cənab prezidentin apardığı uğurlu siyasətə kölgə salmaq istəyən məmurlar, tez-gec öz cəzasını alacaqlar.Buna nə Cavid Qurbanov nədə Cavid Qurbanovu müdafiə edən sponsorlu saytları kömək ola bilməyəcəklər. Cavid Qurbanovun tərəfdarlarından eləsi də olur ki, sosial şəbəkələrdə Cavid müəllim haqqında tənqidi yazanları çəkinmədən hədələyir, əgər bu məsələyə yenidən qayıdacağı tədqirdə sponsorlu xəbərlərlə həmin adamı rüsvay edəcəklərini də açıq şəkildə qeyd edirlər. Artıq belə bir xəbər də yayılıb ki, Cavid Qurbanov onu “müdafiə” edənlərin bəzilərinə, iyirmi min ( 20.000) manat pul və ya ev bağışlayıb. Bizə elə gəlir ki, Cavid Qurbanov bu cür cılız təriflərə getməyi kənardan çox acizanə və gülüş göstərir. Nəinki bucür müdafiə edilməsi uğurlu ola bilər hətta Cavid Qurbanovu ölkə başçısı İlham Əliyevin gözündən sala bilər! Onuda nəzərənizə çatdıraq ki, Cavid Qurbanov Dəmir Yolu sahəsində Azərbaycan üçün böyük işlər görüb. Cavid Qurbanovla ünsiyyətdə olanlar onu, çox əli açıq, humanist dəyərli bir məmur kimi qeyd edirlər. Bizdə XəbərAl.az saytı olaraq inanırıq ki, bizim bu yazımızdan sonra Cavid Qurbanov onu haqqında saytlarda gedən istər tərif, istərsə də tənqidi yazılara bundan sonra mənbə hansı saytdırsa açıqlamasını da həmin sayta verəcəyinə inanırıq. Bu cür daha yaxşı və daha obyektiv olar! XəbərAl.az saytı olaraq sözü gedən məsələni dəqiqləşdirməyə çalışıb tam ətraflı növbəti günlərdə sizlərə məlumat verəcəyik.

Qarşı tərəfi dinləyib mövqeylərini dərc etməyə hazırıq

Mirismayıl Xələfli.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.