SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 4.5 milyonluq klinikanın sahibi kimdir?

4.5 milyonluq klinikanın sahibi kimdir?

Tarix:

27-05-2020, 18:17

/ 2 825 dəfə oxundu.
4.5 milyonluq klinikanın sahibi kimdir?

Azərbaycanda insanları narazı salan sahələrdən biri də səhiyyə sahəsidir.

Dövlətə aid tibb müəssisələrində maddi-texniki bazanın zəif olması, tibbi personalın savadsızlığı və pasiyentlərə qarşı biganəliyi son illər Azərbaycan vətəndaşlarını müayinə və müalicə üçün xaricə üz tutmağa vadar etdi.
Cəmiyyətin imkanlı təbəqəsinin Amerika və Avropa klinikalarına, orta imkanlı insanların isə İran və Gürcüstan klinikalarına axın etməsi ölkəyə iqtisadi cəhətdən ziyan vurmaqla yanaşı, eyni zamanda həm də dövlətin imicini korladı.

Azərbaycanda dövlətə aid yeni tibb müəssisələrinin yaradılması, bu müəssislərin müasir avadanlıqlarla təchiz edilməsiylə yanaşı, özəl klinikaların yaradılması xarici ölkələrə axın edən insanların sayını əhəmiyyətli dərəcədə azaltsa da, yenə də bu sahədə ciddi problemlər qalmaqdadır.

Səhiyyə sahəsində ən böyük problemlərdən biri özəl tibb müəssisələrində qiymətlərin hədsiz baha olması, bu müəssisələrin pasiyentlər qarşısında hüquqi məsuliyyətlərinin olmamasıdır.

Dövlətin özəl sahibkarlığa verdiyi dəstəkdən sui-istifadə edən bu cür özəl tibb müəssisələri hüquqi boşluqdan, cəza mühitinin zəif olmasından “yararlanaraq” böyük kapital toplamaqdadırlar.

Özəl klinikalarda pul qazanmaq hərisliyi o dərəcədə şiddətlidir ki, onlar nəinki maddi imkanları qənaətbəxş olmayan, aztəminatlı insanlara, hətta Azərbaycan Respublikasının ərazi bütövlüyü, müdaifəsi uğrunda sağlamlıqlarını itirmiş insanlara qarşı heç bir güzəşt etmirlər.

Özəl klinikalarda vətən uğrunda sağlamlığını itirmiş insanlara qarşı olan sayğısıqlıqlardan biri ötən ayın 25-də Bakı şəhərində yerləşən “Ege Hospital”da baş verdi. Belə ki, hadisə barədə jurnalist, “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlunun sosial şəbəkədə məlumat yaymışdı: “Ruslan adlı həkim 1-ci qrup Qarabağ qazisi Həsənov Rəhim Abbas oğlunun 2900 manatını alıb. Söz veriblər ki, digər ayağındakı problemi ayağı kəsmədən həll edəcəklər. Pulu alıblar, alayarımçıq nə iş görüblərsə, Qazinin yeganə qalan ayağında qaralma gedir”.

Hadisədən sonra ayağında qaralma gedən qazinin telefon zənglərinə Ruslan həkim cavab verməyib: “Qaziyə deyib ki, “kimə istəyirsən şikayət elə!”.

“Ege Hospital”da başına gələnlər barədə qazi “Qarabağ Qaziləri” İctimai Birliyinə şikayət edib.

Sosial şəbəkədə yazdığı statusunda R.Kərimoğlu “Ege Hospital”ın kimin olduğu, arxasında kimlərin dayandığı barədə publik sual da ünvanlayırdı.

Hit.Az Ege Hospitalın kimə məxsus olması barədə maraqlı məlumat əldə edib.

Əldə etdiyimiz məlumata görə rəsmi sənədlərdə “Ege Hospital”-ın sahibi Xızı rayonunun Giləzi qəsəbəsinin sakini Nizami Zəkiyevdir. Nizami Zəkiyevin həmin hospitalda adi həkim olduğu deyilir. Nizami Zəkiyevin qardaşı Nasim Zəkiyev isə Giləzi bələdiyyəsinin sədridir.

Ancaq Azərbaycan reallığını nəzərə alanda 4.5 milyon manatdan artıq nizamnamə kapitalı olan “Ege Hospital”ın arxasında hansısa böyük vəzifəli məmurun və yaxud oliqarxın dayandığı şübhə doğurmur.

Xatırladaq ki, mediada əvvəlki adı “Grand Hospital” olan “Ege Hospital”ın Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərova məxsus olduğu barədə fikirlər səsləndirilib.

Şərhlər

XƏBƏR LENTİ